Mədəniyyət

16px11px
01.02.10 09:24 Məmmədəmin Rəsulzadənin anadan olmasının 126-cı ildönümü ilə bağlı Novxanı qəsəbəsində anım mərasimi keçirilib.

Azərbaycanda Demokrat Respublikanın banisi Məmmədəmin Rəsulzadənin anadan olmasının 126-cı ildönümü ilə bağlı Novxanı qəsəbəsində qoyulmuş abidənin qarşısında anım mərasimi keçiriləcək. "Müsavat" partiyasının təşəbbüsü ilə keçirilən mərasimdə ictimai xadimlər, məktəblilər, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Məmmədəmin Rəsulzadənin atasının və oğlunun da məzarlarını ziyarət ediblər. Anım mərasimində edilən bütün çıxışlarda Məmmədəmin Rəsulzadəyə müasirlər tərəfindən layiqli qiymətin verilmədiyi, ona hələ də yaratdığı dövlətdə heykəlin qoyulmadığı vurğulanıb. Bakının kukla teatrı ilə üzbəüz bağda Azərbaycanın eks prezidenti Əbülfəz Elçibəyin gösrtərişi ilə Məmmədəmin Rəsulzadəyə heykəl qoyulmalı idi. Hətta adı çəkilən bağda “burada Məmmədəmin Rəsulzadənin heykəli qoyulacaq sözləri yazılmış ” mərmər daşda qoyulmuşdu. Amma bağın təmirindən sonra nəinki bura heykəl qoyulmadı üstəlik bu barədə məlumatın yazıldığı daş da qoyulduğu yerdən götürüldü. Reportajı burada dinləyə bilərsiniz Amma bununla belə BBC-yə müsahibədə bakılılar Məmmədəmin Rəsulzadənin yaxşı tanıdıqlarını və onun Azərbaycan milli hökumətinin banisi və ideoloqu olduğunu bildiriblər. Tarix Məmmədəmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakı yaxınlığında yerləşən Novxanı qəsəbəsində ruhani ailəsində anadan olub. Atasının molla olmasına baxmayaraq gənc Rəsulzadə dünyəvi elmlərə maraq göstərir. Professor Şirməmməd Hüseynov deyir ki, türkçülüyün əsasını qoyanlardan sayılan Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi şəxsiyyətlərin əsərlərindən bəhrələnən Məmmədəmin hələ gənc yaşlarından milli dövlətçilik ideyası üzərində düşünür. Məmmədəmin Rəsulzadə yazırdı: İndiyədək türk aləmi türk olduğunu anlamırdı. Özlərini müsəlman ümməti hesab edirdilər. Amma Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu bizə anlatdılar ki, biz əvvəlcə türk olmuşuq , sonra isə islamı qəbul etmişik. Məhz bu ideya Şirməmməd Hüseynovun fikrincə, Rəsulzadəni milli Azərbaycan dövləti yaratmaq yoluna salıb. ADR hökumətinin üzvləri 1904-cü ildə Məmmədəmin Rəsulzadə “Hümmət ” təşkilatının yaradıcılarından biri olur və fəal siyasətə girişir. Çar hakimiyyəti onun fəaliyyətindən ehtiyatlanır. Həbsdən qurtarmaq üçün Məmmədəmin Rəsulzadə İrana gedir. 1910-cu ildə o, İranda "İrane nou" qəzetini buraxır. Mili dövlət yaratmaq barədə silsilə məqalələr yazır. Tarix elmləri doktoru , professor Cəmil Həsənlinin sözlərinə görə, İranda Demokrat firqəsinin yaradıcılarından biri məhz Rəsulzadə olur. Amma milli dövlət yaratmaq ideyasını reallaşdırmaq üçün daha güclü siyasi təşkilata ehtiyac var idi. Şirməmməd Hüseynov deyir ki, bu işin öhdəsindən Məmmədəmin Rəsulzadənin yaratdığı “Müsavat” partiyası gəlir: "Azərbaycana qayıtdıqdan sonra Məmmədəmin Rəsulzadə artıq fəaliyyət göstərən , amma bir o qədər də tanınmayan "Müsavat" partiyasının rəhbəri olur. Bbir neçə ay ərzində bu partiya elə gücləndirir ki, hətta Şaumyan yazır: B bir müddət ərzində heç kim tərəfindən sayılmayan "Müsavat" indi Cənubi Qafqazın ən güclü partiyasına çevrilib". İnqilab 1917-ci ilin fevral inqilabı Rusiyada öz müstəqilliyini arzulayan xalqlara yaxşı imkan yaradır. Məmmədəmin Rəsulzadə məsləkdaşları ilə birgə bu məqamdan bacarıqla istifadə edir. Yalnız Bakıda 10 min adamın qətlinə səbəb olan məlum mart hadisələri Bakı Sovetinin azərbaycanlılar arasında onsuz da yüksək olmayan nüfuzuna sarsıdıcı zərbə vurur. Azərbaycanlıların Zakafqaziya Seyminə olan ümidləri də doğrulmayır . 3 zaqafqaziya xalqlarını birləşdirən ideyanın olmaması 1918-ici il mayın 26 –da seymin dağılması ilə nəticələnir. Elə həmin gün seymin Gürcüstan fraksiyası Gürcüstanın milli müstəqilliyini elan edir. Məmmədəmin Rəsulzadə və onun məsləkdaşları bu məqamdan məharətlə istifadə edirlər . Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunur. Professor Cəmil Həsənli deyir ki, 1918-ci ilin iyununda milli hökumət Gəncəyə gələndən sonra Milli Şuranın iclası keçirilir. Rəsulzadə həmin toplantıda çıxış edərək deyir ki, biz firqə maraqlarımızı milli maraqlardan üstün tutmamalıyıq. O zamanlar Üzeyir Hacıbəyov yazırdı ki, hakimiyyətdə təmsil olunan Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və başqalarının ağlına belə gəlməzdi ki, onlar milli dövlət yarada bilərlər, bu dövlətin naziri ola bilərlər. Onlara bu yolu məhz Məmmədəmin Rəsulzadə göstərdi Professor Şirməmməd Hüseynov Şirməmməd Hüseynov deyir: "O zamanlar Üzeyir Hacıbəyov yazırdı ki, hakimiyyətdə təmsil olunan Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və başqalarının ağlına belə gəlməzdi ki, onlar milli dövlət yarada bilərlər, bu dövlətin naziri ola bilərlər. Onlara bu yolu məhz Məmmədəmin Rəsulzadə göstərdi". Daha sonra professor bildirir ki, o yerdə ki, şəxsi mənafe yoxdur, orada millətə sadiq adamları yığmaq çətin deyil. O yerdə ki, dövlət başçısı özü naxələfdir. Onda öz ətrafına özü kimilərini yığacaq və onun qayəsi millətə xidmət e yox ona ağalıq etmək olacaqdır. ADR -kadr siyasəti Tarixçi alim Nəsiman Yaqubluda yeni yaranan Azərbaycan hökumətinin kadr siyasətinin bu hökumətin iki illik fəaliyyətində həlledici olduğunu deyir. Amma gənc Azərbaycan dövlətinin yaradıcıları bu dövləti qoruyub saxlaya bilmədi. Türkiyə birinci Dünya müharibəsindən sonra zəiflədiyindən gənc Azərbaycan dövlətinin arxasında durmadı. Sovet Rusiyasının hər vəchlə Azərbaycan dövlətini boğmaq istəyi və onun Azərbaycanda olan havadarları 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna nail oldular. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyində duran şəxsiyyətlərin əksəriyyəti qətlə yetirildi. Məmmədəmin Rəsulzadə Moskvaya getməli oldu. Onun məhz Moskvaya oradan da Avropaya getməsi müasir tarixçilər tərəfindən birmənalı qarşılanmır. Tədqiqatçı jurnalist Xanlar Bayramov deyir ki, çoxları onun sağ qalması Xoyski, Yusifbəyov və başqalarının öldürülməsində bu qanunauyğunluq axtarır. Professor Şirməmməd Hüseynov bu iradları əsasslz adlandırır və deyir ki, bunu bildirənlər başa düşmürər ki, onda vəziyyət ağır idi. Düşmən gənc Azərbaycan dövlətini hər tərəfdən əhatə etmişdi. "Mən indi bu sözləri deyənlərə bildirirəm indiki siz belə lovğalanırsınız niyə Qarabağı almırsız? Onda altı ayın içində Qarabağı boşaltdılar , milli ordu Şuşanı ermənilərdən xilas etdi. Bəs indi niyə bunu etmirsiniz?İttiham eləməyə nə var? Rəsulzadə yazırdı üç cür dövlət var - maariflənmiş dövlət (Avropa, ABŞ), yarım maariflənmiş dövlət bir də maariflənməmiş dövlət. Onlar bir dövlət yaratdılar və Azərbacan adını dünyaya tanıtdılar. İndi dünyada 3500-dən çox xalq, tayfa var. Onlardan 230 dövləti var, 192-i BMT-nin üzvüdür. Bizim bayrağımız orada dalğalanır. Bundan böyük nə ola bilər?". Mühacirət Amma Rəsulzadənin mühacir həyatı da asan keçməyib. Tarixçi alim Nəsiman Yaqublu deyir Iki, mühacirətdə olduğu illərdə də o, Azərbaycanda alovlanan milli müqavimət hərəkatının ideoloqu olub. Rəsulzadə realist siyasətçi idi. O, 1920-ci il aprelindən milli müqavimət hərəkatı yaradılır. Nəsiman Yaqublu, tarixçi "Rəsulzadə realist siyasətçi idi. O, 1920-ci il aprelindən milli müqavimət hərəkatı yaradılır. 1920-ci ildən 1930-cu ilə kimi onun dəstəyi ilə Azərbaycanda 150-dək silahlı üsyan olub. Onların hamısının başında Rəsulzadə dayanıb". Azərbaycan Xalq Cümhuriyyətini yenidən bərpa etmək istiqamətində atdığı bütün səyləri o zaman puça çıxsa da Məmmədəmin Rəsulzadə Azərbaycanın yenə də müstəqil dövlət olacağına və müəllifi olduğu azərbaycançılıq ideyasının xalqı ayağa qaldıraraq istiqlala aparacağına inanırdı. "Amerikanın səsi" radiosundakı ç verdiyi müsahibəsində Məmməd əmin Rəsulzadənin öz səsini eşidirsiniz. O A Amerikanın səsi radiosundakı çıxışında Məmmədəmin Rəsulzadə alqınını azad olacağına inandığını dəfələrlə vurğulamışdı. Məmmədəmin Rəsulzadənin proqnozları həyata keçdi. Xalq Cümhuriyyətinin sovet rusiyası tərəfindən istilasından 80 il sonra Azərbaycan yenidən istiqlala qovuşdu. 1991-ci ildə Azərbaycanın müstəqillik aktı qəbul edildi və elan olunan Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Сümhuriyyətinin varisi adlandırdı. Amma yenidən bərpa edilən Azərbaycanda da Sovet Azərbaycanında olduğu kimi Məmmədəmin Rəsulzadənin adının əbədiləşdirilməsi istiqamətində iş aparılmadı. Ömrünün əksər hissəsini Məmmədəmin Rəsulzadə irsinin öyrənilməsinə həsr etmiş professor Şirməmməd Hüseynov deyir ki, nə indiki hökumət, nə də Xalq Cümhuriyyəti dövründə bir kəsin yadına düşmədi ki, Rəsulzadənin 15 cildə sığan və hər zaman aktual olan əsərləri var. Heykəl Məmmədəmin Rəsulzadəyə heykəlin qoyulması barədə eks-prezident Əbülfəz Elçibəyin qərarı da hələ kağız üzərində qalmaqdadır. Heykəltaraş Ömər Eldarov, 1992-ci ildə bu heykəlin maketini hazırladığını və heykəlin düzəldilməsi üçün lazım olan bütün xammalın gətirildiyini deyir. Amma xalq cəbhəsi hakimiyyətinin dəyişməsi heykəltaraşın işini yarımçıq qoyur. İş o qədər təxirə salınır ki, heykəltaraş yığdığı xammalı da başqa abidələrin qoyulmasına sərf edir. Bir neçə il qabaq BBC radiosuna müsahibəsində Bakı şəhər icra hakimiyyəti başçısı Hacıbala Abutalıbov Məmmədəmin Rəsulzadəyə heykəlin qoyulmamasının səbəbini izah edərkən demişdi ki, kukla teatrının qabağında ADR bütün yaradanlara həsr edilmiş abidə qoyulacaq. Amma Bakı şəhər icra hakimiyyəti başçısının dediyi də həyata keçmədi. Kukla teatrı ilə üzbəüz ADR yaradıcılarına heç bir heykəl qoyulmadı. Əvəzində İqtisadi Universitetinin yanında kiçik monument düzəldildi ki, buna da həmsöhbətimiz olan Bakı sakinlərinin əksəriyyəti ADR-ə layiq olmayan monument qiyməti verirlər. Məmmədəmin Rəsulzadə 1955-ci ildə Ankara universitetinin tibb fakültəsində vəfat edib. Ölərkən yanında olanlar onun son nəfəsində 3 dəfə Azərbaycan deyərək əbədiyyətə qovuşduğunu bildirir. Hazırda onun heykəli yalnız anadan olduğu Novxanı qəsəbəsində qoyulub. Bundan başqa vaxtı ilə yaratdığı, xalq cəbhəsi hakimiyyəti dövründə adını daşıyan , indi isə sadəcə Bakı Dövlət Universiteti adlanan ali ocağın həyətində də Məmmədəmin Rəsulzadənin büstünün qoyulmasa barədə məlumatın olduğu daş var. Ona ucaldılmalı olan heykəlin maketi isə Ömər Eldarovun emalatxanasında qalır.BBC

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto
Bu xəbər 2213 dəfə oxunub









» 2014-04-18 17:24 - Sadiq İsabəyli: Azərbaycan-İran əlaqələri bərabər əsasda qurulmalıdır - Audio

» 2014-04-18 16:57 - Avropada təhlükəsizlik - NATO

» 2014-04-18 16:17 - Azərbaycan diasporu "erməni soyqırımı" abidəsinin ucaldılmasına etiraz etdi

» 2014-04-18 15:42 - Avropa Rusiya ilə sərhədini gücləndirir

» 2014-04-18 15:22 - Niderlandda erməni diasporu güclüdür,yoxsa azərbaycan diasporu?-Şərh

» 2014-04-18 15:21 - Vüqar Həşimovun xatirəsinə Moskvada turnir keçiriləcək

» 2014-04-18 15:15 - Kerri: “ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirməyə hazırdır”

» 2014-04-18 15:12 - Dünya Ana Dili Günündə tutulanlardan 6-si gələn həftə mühakimə olunacaq

» 2014-04-18 15:10 - Həsən Ruhaninin hakimiyyəti dövründə Urmu gölünün quruması 70 faizdən 90 faizə çatıb

» 2014-04-18 15:09 - İranın Qərbi Azərbaycan vilayətində zəlzələ olub

» 2014-04-18 15:07 - İranın nüvə fəaliyyətini izləyən Beynəlxalq Atom Enerjisi Agentliyi bu barədə məruzə yayıb

» 2014-04-17 14:06 - Azərbaycanli fəal haqlı istəkləri təmin edildikdən sonra aclıq aksiyasını dayandırıb

» 2014-04-17 13:59 - Avropa Şurası Azərbaycanla bağlı Fəaliyyət Planını təsdiq edib

» 2014-04-17 13:55 - Azərbaycan torpaqları Urmiyə Bələdiyyəsinin təşəbbüsü ilə İraq kürdlərinə satılır

» 2014-04-17 13:48 - İran erməniləri BMT-nin Tehrandakı ofisinin qarşısında Türkiyə əleyhinə aksiya keçiriblər

» 2014-04-17 13:45 - İranda iki azərbaycanlı siyasi məhbus aclıq aksiyasına başlayıb

» 2014-04-17 13:43 - Azərbaycanlı fəallardan 3-ü mülki vəsiqə qarşılığında sərbəst buraxılıb

» 2014-04-17 13:39 - Putinin işğal planında Dağlıq Qarabağ da var

» 2014-04-17 13:34 - Sədrəddin Soltan: İran Azərbaycana münasibətdə səmimi deyil

» 2014-04-16 23:42 - Azərbaycanlılarla ermənilər arasında qalmaqal yarandı