MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Şuşada beynəlxalq konfrans işə başlayıb - Açıqlama

Baş səhifəQarabağŞuşada beynəlxalq konfrans işə başlayıb - Açıqlama
Şuşada beynəlxalq konfrans işə başlayıb - Açıqlama
27 avqust, 2022, şənbə 11:43
  • yazdıryorum yazfont küçültfont büyüt

Avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

Tədbiri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıb.

O bildirib ki, bu gün Şuşa nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın diplomatik mərkəzlərindən, paytaxtlarından birinə çevrilməkdədir:

"Konfransın da əsas mahiyyəti diplomatik korpusun nümayəndələrini Azərbaycan tərəfindən həyata keçirilən yenidənqurma və rekonstruksiya layihələri barədə yerində məlumatlandırmaqdır. Bu səfərdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, səfirlik əməkdaşları, hərbi attaşelər, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələri, həmçinin Azərbaycanda qeyri-rezident əsnasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir. Bura xüsusən Ankara, Tehran və Moskva şəhərlərindən gəlmiş səfirlər, diplomatik nümayəndələr daxildir. Diplomatik korpusun bütövlükdə 180-ə yaxın nümayəndəsi bu tədbirdə iştirak edir. Diplomatik korpus nümayəndələri mütəmadi olaraq Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə görülən işlər haqda məlumat almaqda çox maraqlıdırlar. Ona görə də, bu konfransda ilk növbədə Azərbaycan tərəfindən regionda sülhün gücləndirilməsi və ölkəmizin həyata keçirdiyi sülh gündəliyi barədə diplomatik korpus nümayəndələrinə məlumat vermək əsas hədəflərimizdən biri idi. Prezidentin Basqalda Azərbaycan mediasına verdiyi müsahibə əsasında ölkəmizin regional sülh gündəliyinin təfərrüatı barədə geniş məlumatlar çatdırıldı, vacib məqamlara və tezislərə toxunuldu. Bu xüsusda dövlət başçısının qoyduğu xüsusi tapşırıq və tezislərdən irəli gələrək diplomatik korpus məlumatlandırıldı".

H.Hacıyev bildirib ki, Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır və bu xüsusda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır: "Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir. Azərbaycan dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir. Bu işlər məhz Azərbaycan hökumətinin öz səyləri, öz resursları, özünün bürokratik idarəetmə mexanizmi çərçivəsində reallaşdırılır. Beynəlxalq ictimaiyyət və diplomatik korpus tərəfindən də bu məsələyə ciddi maraq var. Çünki Azərbaycanın bu təcrübəsi dünyanın başqa regionlarında da tətbiq oluna bilər".

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
FOTO
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Duyğu dolu anla
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
‼️DİQQƏT‼️
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
FOTO
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Xilasedicilərimiz riskli ərazilərdə
VİDEO
Xilasedicilərimiz riskli ərazilərdə
Azərbaycandan Türkiyəyə göndərilən mobil səhra hospitalı Kahramanmaraşa çatdı
Azərbaycandan Türkiyəyə göndərilən mobil səhra hospitalı Kahramanmaraşa çatdı
Azərbaycan vətəndaşlarının Türkiyəyə yardım fədakarlığı “Haber Global”ın süjetində
VİDEO
Azərbaycan vətəndaşlarının Türkiyəyə yardım fədakarlığı “Haber Global”ın süjetində
Zəlzələnin baş verdiyi Qaziantepdən görüntülər
VİDEO
Zəlzələnin baş verdiyi Qaziantepdən görüntülər
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
ANBAAN VİDEO
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
Xankəndi yolundakı aksiya 52 gündür davam edir
Xankəndi yolundakı aksiya 52 gündür davam edir
İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub
İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
QARABAĞ

Xankəndi yolundakı aksiya 52 gündür davam edir

Xankəndi-Laçın yolunda sülhməramlıların 3 avtomobilinin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB + FOTO

Müasir tarixi yazan qəhrəmanlar

DSX: "Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib"

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft