MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

İran etirazların alovunda

Baş səhifəGüney Azərbaycanİran etirazların alovunda
İran etirazların alovunda
22 noyabr, 2021, bazar ertəsi 12:54
  • yazdıryorum yazfont küçültfont büyüt

Ötən cümə İsfahanın minlərlə sakini şəhərdən axan Zayandeh-Ruh çayının quruması ilə bağlı keçirilən kütləvi etiraz aksiyalarında iştirak üçün küçələrə çıxıb. Eyni adlı əyalətin qərbindən və şərqindən olan fermerlər də bu aksiyalara qoşulub.

“Qoy çay axsın!”, – artıq bir hissəsi hələ bir neçə həftə əvvəl suyun axdığı quraqlıqda çadır şəhərciyi qurmuş minlərlə insan bir ağızdan deyib. Hər ötən gün çayın suyu bir az da quruyur... Hakimiyyət səbəbi quraqlıqda görür. “Əgər siz çayın səviyyəsinə nəzarət etsəydiniz və onun suyunu qonşu Yezd əyalətinə istiqamətləndirməsəydiniz, su olardı”, – isfahanlılar onlara cavab verir.

Ən iri etiraz aksiyaları İsfahanda keçir

İyul ayında su böhranı üzündən cənub-qərb əyaləti Xuzestan od tutub yanıb. Nəticədə yerli əhali yerli hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlbəyaxa olub. İsfahanda hazırda baş verən nümayişlər zamanı isə ölkədə iki il əvvəl elə bu vaxtlar benzinin qiymətinin qəfil qalxması ilə bağlı hökumət əleyhinə keçirilən kütləvi etiraz aksiyalarını xatırlayırlar.

Etirazlar kütləvi hal alır və bütünlüklə İranı bürüyür. Təkcə ötən ilin oktyabr ayında 391 etiraz aksiyası qeydə alınıb ki, bu da orta hesabla gündə 13-14 nümayiş deməkdir. Bu dönəm ərzində iranlı fəhlələr 53 şəhərdə 135 etiraz aksiyası keçirib. Etiraz edənlər arasında neft-kimya, neft və energetika sənayesi işçiləri, şaxtaçılar, dəmiryolçular və bələdiyyə işçiləri olub. Əsas tələblər əmək haqqının vaxtında verilməsi, iş günlərinin sayının azalması və iş şəraitinin yaxşılaşdırılması idi.

İranlı müəllimlər 49 şəhərdə 61 aksiya keçirib. Onlar dövlət təhsil müəssisələrində işləyən müəllimlərin maaşının ölkədəki rəsmi yoxsulluq səviyyəsindən də aşağı olmasına qarşı çıxış ediblər. Təqaüdçülər 13 şəhərdə 39 dəfə küçələrə axışıb. Həkimlər oktyabr ayında təkcə Tehranda iki dəfə etiraz aksiyası keçirib.

Hər hansı bir qərb ölkəsinin istənilən anlaqlı daxili işlər naziri başını tutar və çığıra-çığıra prezidentin üstünə cumardı: “Buna bir çarə tapmalıyıq, əks-təqdirdə bizi tezliklə kürsülərimizdən yaba ilə qovacaqlar”. Lakin İranda belə deyil. Ölkə hakimiyyəti artıq çoxdan bəyan edir ki, xalqın dinc etiraz aksiyasına haqqı var. Bəli, müxtəlif cür olur – yollarda təkər də yandırırlar, polis məntəqələrini də od tutur, lakin bunların heç biri əhalinin və güc strukturlarının özləri üçün müəyyən etdiyi qırmızı cizgi keçmir.

Sosial narazılıq digər şəhərlərə də yayılıb

Bir də ki hakimiyyətin xüsusi olaraq çəkinəcək bir yeri yoxdur. Birincisi, etiraz aksiyaları əksər halda iqtisadi xarakter daşıyır və narazılıq əsas etibarı ilə yerli hakimiyyətə qarşı yönəlib. Düzdür, hərdən kütlənin arasından bir-iki adamın “Rejimə ölüm” qışqırdığını eşitmək olar, lakin bu nadir halda baş verir və o cür qışqıranların səsini elə etiraz edənlərin özləri batırır.

Etirazların sayına baxmayaraq, o heç cür keyfiyyətə keçmir – İranda heç olmasa həmkarlar ittifaqı birləşməsində vahid etiraz mərkəzi sadəcə yoxdur. Bu etirazların lideri yoxdur, deməli, onlar siyasiləşə bilməz. Belə çıxır ki, narahatlığa da səbəb yoxdur, Tehranda belə hesab edirlər. İndi baş verənləri isə nöqtəşəkilli maliyyə axını ilə bağlamaq olar, büdcənin gücü buna çatar.

Bəlkə də bu cür mühakimələr məntiqi və ədalətlidir – lakin heç nə əbədi davam edə bilməz. Sosial istilikölçən qaynama həddinə çatıb – orda isə çox şey baş verə bilər: etirazların lideri də meydana çıxar, siyasi tələblər də “qəfil” formalaşa bilər. Üstəlik xaricdə İran rejiminə qarşı çıxan qruplaşmaların fəaliyyətini də unutmaq lazım deyil. Onlar günü bu gün həmin aksiyalara rəhbərlik etməyə hazırdır.

Tehranın bəxtindən hələ ki ciddi sosial bazaları olmadığından bunu edə bilmirlər. Maliyyə və təşkilati imkanları isə Hamburqda İran konsulluğunun qapısına “Molotov kokteyli” ilə kifayətlənir. Lakin bu vəziyyət də uzun müddət çəkə bilməz. İran rəhbərliyi həyəcan təbilini çalmağa başlamalıdır, belə ki sosial-iqtisadi ziddiyyətlərdən ibarət qaynar qazanının üstündə oturmaq sadəcə narahat deyil. Buna uzun müddət tab gətirməyəcəksən, qapağından sürüşüb düşəcəksən.

Müəllif: İkram Nur

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
VİDEO
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
FOTO
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Duyğu dolu anla
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
‼️DİQQƏT‼️
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
FOTO
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Xilasedicilərimiz riskli ərazilərdə
VİDEO
Xilasedicilərimiz riskli ərazilərdə
Azərbaycandan Türkiyəyə göndərilən mobil səhra hospitalı Kahramanmaraşa çatdı
Azərbaycandan Türkiyəyə göndərilən mobil səhra hospitalı Kahramanmaraşa çatdı
Azərbaycan vətəndaşlarının Türkiyəyə yardım fədakarlığı “Haber Global”ın süjetində
VİDEO
Azərbaycan vətəndaşlarının Türkiyəyə yardım fədakarlığı “Haber Global”ın süjetində
Zəlzələnin baş verdiyi Qaziantepdən görüntülər
VİDEO
Zəlzələnin baş verdiyi Qaziantepdən görüntülər
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
ANBAAN VİDEO
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
Güney Azərbaycan

Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat

Azərbaycan Mərkəz Partiyasının İranda Azərbaycan səfirliyinə olan terror hücumla ilə bağlı bəyanatı

Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı

GÜNEY AZƏRBAYCAN TƏŞKİLATLARI İŞBİRLİYİ MƏRKƏZİNİN MİLLƏTİMİZƏ BAŞSAĞLIĞI VƏ DƏSTƏK BƏYANATI

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft