MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

İlham Əliyev koreyalı qonağı qəbul etdi

Baş səhifəGündəmİlham Əliyev koreyalı qonağı qəbul etdi
22 noyabr, 2021, bazar ertəsi 13:05
  • yazdıryorum yazfont küçültfont büyüt

Prezident İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statuslu sədri Çong Soo Parkı qəbul edib. 

İlham Əliyev ölkələrimiz arasında mütəmadi təmasların olmasından məmnunluğunu ifadə edərək, bunu hər iki tərəfdə əməkdaşlığın dərinləşməsi üçün qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirib. Dövlət başçısı əminliklə bildirib ki, iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olması bütün digər sahələrdə də əməkdaşlıq üçün müsbət təsirini göstərəcək.

İqtisadi əməkdaşlığa toxunan prezident İlham Əliyev Koreya şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini bildirərək böyük sənaye infrastrukturu layihələrinin icrasında bu şirkətlərin fəaliyyətini qeyd edi bvə Bakının müasir memarlıq obrazında Koreya şirkətlərinin də payı olduğunu deyib.

Dövlət başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimatın keçiriləcəyini vurğulayaraq bildirib ki, bundan məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir. Azərbaycan prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını qeyd edib, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını deyib, Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini bildirib. Vurğulayıb ki, Koreyada bu təqdimatın keçirilməsi də ölkələrimiz arasında dostluq münasibətlərini bir daha təsdiq edir.

İlham Əliyev Çong Soo Parkın səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Koreya Respublikasının prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Park xoş sözlərə görə minnətdarlığını bildirərək rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Koreyanın yeni şimal siyasəti 14 ölkəni əhatə edir və bu ölkələr sırasında Azərbaycan ən qərbdə yerləşən ölkədir. Koreya ilə Azərbaycan arasında bir çox oxşar cəhətlərin, o cümlədən geosiyasi mövqe cəhətdən oxşarlıqların olduğunu vurğulayan Çong Soo Park Koreyanın qitə və okeanları birləşdirən strateji yerdə, öz növbəsində Azərbaycanın isə müxtəlif beynəlxalq istiqamətləri birləşdirən nəqliyyat mərkəzində yerləşdiyini və Xəzər dənizi ətrafında nəqliyyat mərkəzi olduğunu məmnunluqla bildirib.

Görüşdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində rolu qeyd olunub, ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin iqtisadi zonalar arasında əməkdaşlıq imkanlarına toxunulub. Müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerji, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
ANBAAN VİDEO
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
Xankəndi yolundakı aksiya 52 gündür davam edir
Xankəndi yolundakı aksiya 52 gündür davam edir
İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub
İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub
"İsfahana zərbələr İsrailin Netanyahunun yeni hökuməti dövründə İran daxilində ilk əməliyyatıdır" 
Wall Street Journal:
"İsfahana zərbələr İsrailin Netanyahunun yeni hökuməti dövründə İran daxilində ilk əməliyyatıdır" 
ABŞ və İsrail hərbi təlimə başlayıb
İran şəhərləri hava hücumuna məruz qalıb - VİDEO
İran şəhərləri hava hücumuna məruz qalıb - VİDEO
Netanyahu: Terror hücumlarına cavab sürətli, güclü və dəqiq olacaq
Netanyahu: Terror hücumlarına cavab sürətli, güclü və dəqiq olacaq
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident: “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
GÜNDƏM

İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar

İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub

"İsfahana zərbələr İsrailin Netanyahunun yeni hökuməti dövründə İran daxilində ilk əməliyyatıdır" 

ABŞ və İsrail hərbi təlimə başlayıb

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft