MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | AZ
DAIM | AZ
DAIM | AZ
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Ermənistanın müdafiə naziri Qarabağa soxuldu, Azərbaycan Müdafiə Nazirliyi sərt bəyanat yaydı

Baş səhifəQarabağErmənistanın müdafiə naziri Qarabağa soxuldu, Azərbaycan Müdafiə Nazirliyi sərt bəyanat yaydı
Ermənistanın müdafiə naziri Qarabağa soxuldu, Azərbaycan Müdafiə Nazirliyi sərt bəyanat yaydı
09 noyabr, 2021, çərşənbə axşamı 12:55
  • yazdıryorum yazfont küçültfont büyüt

Ermənistanın müdafiə naziri Arşak Karapetyan ötən gün Laçın dəhlizindən keçərək Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərinə daxil olub. virtualaz.org xəbər verir ki, erməni KİV-ləri onun “dqr müdafiə nazirinin dəvəti əsasında səfər etdiyini” bildiriblər. Bu qanunsuz səfər Şuşanın azad edilməsinin ildönümünə, Azərbaycanda Zəfər Gününün qeyd edildiyi bir vaxta təsadüf edib.

Bu gün Azərbaycan Müdafiə Nazirliyi Arşak Karapetyanın Azərbaycan ərazilərinə qanunsuz səfəri barədə sərt bəyanatla çıxış edib, ona müharibədən əvvəl Azərbaycana qarşı lovğa bəyanatlar səsləndirən digər erməni generallarının aqibətini xatırladıb.

Bəyanatda deyilir:

-Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi barədə məlumat verilib.

Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır.

 

Ermənistanın müdafiə nazirinin bu təhrikçi səfəri qəsdən Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın ildönümü  ərəfəsində həyata keçirilib. Bununla, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, qəsdən regionda vəziyyətin gərginləşdirilməsi və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salınması məqsədini güdür.  

Ermənistanın hərbi rəhbərliyi 44 günlük 2-ci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir.

Ermənistan müdafiə nazirinin bu səfəri Ermənistanın Azərbaycan Respublikası ərazisində qanunsuz erməni hərbi birləşmələrini, aqressiv separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyini növbəti dəfə nümayiş etdirir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu qalmaqda davam edir.  

Ermənistanın müdafiə nazirinə “keçilməz Ohanyan xətti”, “yeni müharibələr yeni ərazilər” kimi utopik iddialarla çıxış etmiş sabiq həmkarlarının və digər erməni generallarının aqibətini xatırlatmaq istərdik.  

Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir. 

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb
Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb
"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"
Prezident:
"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"
İlham Əliyev Şarl Mişel və Nikol Paşinyanla görüşüb
Fotolar (Yenilənib)
İlham Əliyev Şarl Mişel və Nikol Paşinyanla görüşüb
Priqojin Putinə cavab verib və təslim olmaqdan imtina edib
Priqojin Putinə cavab verib və təslim olmaqdan imtina edib
Azərbaycanı dəstəkləyən iki liderin görüşü İranı narahat edir
Azərbaycanı dəstəkləyən iki liderin görüşü İranı narahat edir
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
VİDEO
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
FOTO
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Duyğu dolu anla
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
‼️DİQQƏT‼️
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
FOTO
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Xilasedicilərimiz riskli ərazilərdə
VİDEO
Xilasedicilərimiz riskli ərazilərdə

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
QARABAĞ

Xankəndi yolundakı aksiya 52 gündür davam edir

Xankəndi-Laçın yolunda sülhməramlıların 3 avtomobilinin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB + FOTO

Müasir tarixi yazan qəhrəmanlar

DSX: "Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib"

DAIM | AZ
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft