MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | AZ
DAIM | AZ
DAIM | AZ
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

44-cü gün: Ermənistanın kapitulyasiyasından bir il keçdi

Baş səhifəQarabağ44-cü gün: Ermənistanın kapitulyasiyasından bir il keçdi
44-cü gün: Ermənistanın kapitulyasiyasından bir il keçdi
10 noyabr, 2021, çərşənbə 14:16
  • yazdıryorum yazfont küçültfont büyüt

Ötən ilin payızında baş verən və 44 gün davam edən ikinci Qarabağ müharibəsində Ermənistanın rəsmən kapitulyasiya etməsinin bir ili tamam oldu. virtualaz.org qeyd edir ki, hərbi əməliyyatların dayandırılması və Ermənistanın təslim olması  barədə sənəd Azərbaycan ordusunun Şuşanı azad etməsinin ardınca razılaşdırılmışdı. Çünki Şuşanı azad edən Azərbaycan ordusu üçün Xankəndini nəzarət altına almaq artıq həll edilmiş məsələ idi və Qarabağdakı erməni silahlı birləşmələrinin qalıqları-təxminən 15-20 minlik qruplaşma (erməni tərəfinin özünün etiraf etdiyi kimi,-red.) faktiki olaraq tam mühasirə vəziyyətinə düşürdü. 

Çünki Laçın-Şuşa-Xankəndi yolu artıq ordumuzun nəzarətində idi və Basarkeçər-Ağdərə-Kəlbəcər yolu isə Murov yüksəkliklərindən müşahidə altına alınmışdı. Belə olan vəziyyətdə hərbi baxımdan düşmənin təslim olmaqdan və Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu qalmırdı.

Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Rusiyanın “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibədə hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanatın necə razılaşdırıldığına dair bir sıra məqamları açıqlamışdı. Prezident bildirmişdi ki, Azərbaycan ordusu Şuşanı tam azad edəndən sonra Rusiya prezidenti Vladimir Putin ona zəng vurub, Ermənistan rəhbərliyinin müharibəni Bakının şərtləri ilə dayandırmağa hazır olduğunu çatdırıb. Və Azərbaycan tərəfinin daha əvvəl irəli sürdüyü şərtlərin qüvvədə olub-olmadığını soruşub. Bu şərtlər isə Azərbaycanın işğal edilmiş ətraf rayonlarının (həmin vaxt ordumuz bu rayonlardan 4-nü, üstəlik keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazisinin bir hissəsini azad etmişdi,-red.) boşaldılmasına dair qrafikin təqdim edilməsindən ibarət idi.

 

Beləliklə, hərbi əməliyyatların dayandırılmasına dair noyabrın 9-da axşam saatlarında razılaşdırılan üçtərəfli bəyanatın bəndlərinə əsasən Ermənistan öz qoşunlarını dekabrın 1-nə qədər Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarmaq öhdəliyini üzərinə götürdü. Azərbaycan Qarabağın ermənilərin nəzarətində qalan hissəsi ilə Ermənistan arasında gediş-gəlişi təmin etmək üçün 5 kilometr enində humanitar dəhliz ayırmağa razılaşdı. Və regiona Rusiyanın sülhməramlı kontingenti yeridildi. Birgə bəyanat humanitar məsələlərin həlli və regionda bütün nəqliyyat kommunikasiyalarının açılması kimi bəndləri də özündə əks etdirirdi. O cümlədən Azərbaycanın Naxçıvan bölgəsinə dəhlizin açılması da orada yer alırdı.

Birgə bəyanatı videokonfrans rejimində Rusiya və Azərbaycan prezidentləri canlı yayımda imzaladılar, amma Ermənistan baş nazirinin bu sənədə hansı şəraitdə imza atdığı bəlli olmadı. Və hələ də bəlli deyil. Daha sonra Azərbaycan prezidenti müharibənin başa çatdığı və Ermənistanın tam təslim olduğu barədə xalqa müraciətlə çıxış etdi. Sənədin imzalanması Moskva vaxtı ilə noyabrın 9-na təsadüf etmişdi, Bakıda isə artıq noyabrın 10-u başlamışdı. Bu səbəbdən Rusiyada həmin birgə sənədi 9 noyabr bəyanatı, Azərbaycanda isə 10 noyabr bəyanatı adlandırırlar.

 

Birgə bəyanatın imzalanmasından dərhal sonra Rusiya sülhməramlı kontingentinin hissələrinin Ulyanovskdan  İl-76 hərbi-nəqliyyat təyyarələri ilə Yerevana, oradan isə Qarabağa daşınması prosesi başladı. Rusiya sülhməramlılarının ilk dəstələri artıq noyabrın 10-da günorta saatlarında Qarabağa çatmışdı və bölgədə sülhyaratma əməliyyatı başlamışdı...

Yerevanda isə noyabrın 9-dan 10-na keçən gecədən etibarən əsl faciə, milli fəlakət və xaos hökm sürürdü. 44 gün ərzində erməni ordusunun “hökmən qələbə qazanacağı” haqda yalanlar eşidən erməni cəmiyyəti üçün bu kapitulyasiya aktı əsl şok effekti yaratmışdı. Məlum olmuşdu ki, 7 minə yaxın əsgər itirən Ermənistan tam təslim olur və Qarabağ birdəfəlik itirilir. Bu xəbəri eşidən qəzəbli kütlə Ermənistan parlamentinə və baş nazirin iqamətgahına hücum çəkdi. 

O zamankı spiker Ararat Mirzoyan kütlə tərəfindən ölümcül döyüldü, Paşinyan özü iqamətgahdan qaçdığı üçün kütlə onu haqlaya bilmədi, amma ofisini darmadağın etdi. Sonradan Paşinyan gileylənirdi ki, etirazçılar onun otağından bir sıra əşyaları, o cümlədən ətirləri götürüblər.

10 noyabr üçtərəfli bəyanatı imzalanarkən Qubadlı və Zəngilan rayonlarının sərhədyanı ərazilərinin bir hissəsi hələ Ermənistan qüvvələrinin nəzarətində qalırdı. Və bəyanatda bu ərazilər haqda heç nə deyilmirdi, nəticədə Azərbaycan cəmiyyətində suallar yaranırdı. Amma dekabr ayında Ermənistan bu ərazilərdən də öz qüvvələrini geri çəkdi və Azərbaycan özünün dövlət sərhədlərini tam bərpa etdi.

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb
Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb
"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"
Prezident:
"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"
İlham Əliyev Şarl Mişel və Nikol Paşinyanla görüşüb
Fotolar (Yenilənib)
İlham Əliyev Şarl Mişel və Nikol Paşinyanla görüşüb
Priqojin Putinə cavab verib və təslim olmaqdan imtina edib
Priqojin Putinə cavab verib və təslim olmaqdan imtina edib
Azərbaycanı dəstəkləyən iki liderin görüşü İranı narahat edir
Azərbaycanı dəstəkləyən iki liderin görüşü İranı narahat edir
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
VİDEO
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
FOTO
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Duyğu dolu anla
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
‼️DİQQƏT‼️
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
FOTO
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Xilasedicilərimiz riskli ərazilərdə
VİDEO
Xilasedicilərimiz riskli ərazilərdə

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
QARABAĞ

Xankəndi yolundakı aksiya 52 gündür davam edir

Xankəndi-Laçın yolunda sülhməramlıların 3 avtomobilinin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB + FOTO

Müasir tarixi yazan qəhrəmanlar

DSX: "Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib"

DAIM | AZ
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft