© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Zidan "Mançester Yunayted"in təklifini qəbul etməyib

İspaniya "Real Madrid"inin sabiq baş məşqçisi Zinəddin Zidan İngiltərənin "Mançester Yunayted" futbol komandasının sükanı arxasına keçməkdən imtina edib.

"Cuatro"nun məlumatına görə, 49 yaşlı mütəxəssis təklifi iki səbəbdən qəbul etməyib. Bunlardan biri fransalı keçmiş yarımmüdafiəçinin ingilis dilini pis bilməsi, digəri isə həyat yoldaşının İngiltərəyə köçmək istəməməsidir.

Zidanın gələcəkdə PSJ və ya Fransa millisinin baş məşqçisi olmağı arzuladığı bildirilir.

Qeyd edək ki, "Mançester Yunayted" noyabrın 21-də Ule Qunnar Sulşeri istefaya göndərib/

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR