© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Lionel Messi: "Barselona"ya qayıda bilərdim, amma olmadı"

ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi "Barselona"ya mümkün qayıdışına münasibət bildirib.

36 yaşlı hücumçu bu barədə "Lequipe" nəşrinə açıqlama verib.

Argentinalı daha əvvəl karyerasını Kataloniya təmsilçisində başa vurmaq barədə düşündüyünü bildirib: "Barselona"ya qayıda bilərdim, amma bu baş vermədi. İndi isə mümkün deyil".

Qeyd edək ki, Messi 2004 - 2011-ci illərdə İspaniya klubunun heyətində 778 oyuna 672 qol vurub, 303 məhsuldar ötürmə verib. O, oktyabrın 31-də karyerasında 8-ci dəfə "Qızıl top" mükafatını qazanıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR