© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Xətai rayonunun bir sıra istiqamətlərində hərəkət məhdudlaşdırılıb

Fevral ayının 5-dən 6-na keçən gecədən etibarən Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məhdudlaşma fevral ayının 9-u axşam saatlarından aradan qaldırılacaq.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edir: "Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR