© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

“Bakı Gənclər Klubu” gəncləri vətənpərvər ruhda tərbiyəsi istiqamətində layihələrin icrasını davam edir

“Bakı Gənclər Klubu” ictimai birliyi dövlətimizin həyata keçirdiyi siyasətinin vacib tərkib hissəsi - gənclərimizin vətənpərvər ruhda tərbiyəsini əsas tutaraq, “Bir olür – min dirilərik!” devizi altında Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 01 dekabr 2023 – 01 mart 2024-cü il tarixlərdə gəncləri vətənpərvər ruhda tərbiyəsi istiqamətində növbəti “Bir ölür – min dirilərik! - 4” adlı layihənin icrasını həyata keçirir. Layihənin icrası Bakı şəhəri, Füzuli rayonu və  üç il öncə qızğın döyüşlər gedən, düşmən tapdağından azad olunan cöğrafi ərazilərdə həyata keçiriləcək.


 Layihənin məqsədi - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi video-çarxlar vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə muasir qəhrəman obrazları yaratmaqdır.     


Növbəti layihə çərçivəsində 3 qısametrajlı filmlərin çəkilişi həyata keçiriləcək. Qeyd etdiyimiz layihə çərçivəsində səfərlərimiz Vətən müharibəsi qazilərin yaşadıqları Füzuli rayonu və  44 günlük müharibə zamanı qızqın döyüşlər getdiyi cöğrafi ərazilərə təşkil olunacaq. Çəkilişlərdə müxtəlif  hərb sahələri üzrə döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, qəhrəmanlıq döyüş yolları, döyüş gedən məkanlar, gənc nəslə tövsiyyələri və s. məqamlar öz əksini tapacaq. Nəzərə alsaq ki, müharibə bitib və dövlətimiz azad olunmuş ərazilərdə quruculuq işləri aparır, təssüf hissilə qeyd etmək lazımdır ki, düşmən öz revanşist fikirlərindən geri çəkilmir. Bu nöqtəyi nəzərdən layihə çərçivəsində hazırlanmış 3 qısametrajlı filmləri gələcəkdə gənclərimizin vətənpərvər ruhda böyüməsində, muasir qəhrəman obrazların yaranmasında, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında böyük rolu olacaq. 


Layihənin sonunda Füzuli rayonunda ictimaiyyətə layihə çərçivəsində hazırlanmış qısametrajlı filmlərin təqdimatı keçirilməsi nəzərdə tutulmuşdu. 


 “Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür. 

Azərbaycan, AZ 1014, Bakı
“Binəqədi Gənclər Evi”
Tel: (012) 408 98 45
Mob: (050) 322 28 02
E-mail: bakıgenclerklubu.ib1994@gmail.com
www.fb.com/bakigenclerklubu                           
www.twitter.com/bgk_az


 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR