© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ukraynanın NATO-ya üzvlüyünün əsas şərtləri açıqlanıb

ABŞ-ın dövlət katibi Entoni Blinken bəyan edib ki, əgər Ukrayna NATO-ya daxil olmaq istəyirsə, alyansın tələblərinə və əsas şərtlərinə əməl etməlidir.

“NBC” telekanalına müsahibəsində Ağ Evin ikinci şəxsi qeyd edib ki, hələ 2008-ci ildə Şimali Atlantika İttifaqı qapılarının Ukrayna və Gürcüstan üçün açıq olduğunu təsdiqləyib. Əgər bu iki dövlət üzvlüyə yenə iddialıdırsa və müvafiq tələblərə cavab verərlərsə, onda bu, məsələnin həllini yaxınlaşdıracaq.

Xatırladaq ki, Ukrayna 2014-cü ilin dekabrında blokdankənar dövlət statusundan imtina edib. 2019-cu ilin fevral ayında isə ölkənin Konstitusiyasına edilən dəyişikliklər Kiyevin AB-yə və NATO-ya kurs götürdüyünü bir daha təsdiqləyib. Bundan sonra Ukrayna NATO-nun geniş imkanlara malik tərəfdaş statusunu əldə etmiş altıncı dövlət oldu.

NATO-nun keçmiş baş katibi Foq Rasmussen bildirmişdi ki, bu hərbi təşkilata daxil olmaqdan ötrü Ukrayna bir sıra kriteriyalara çatmalıdır, buna isə xeyli vaxt tələb olunur.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR