© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Putin: “Qlobal müharibə bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq”

“Rusiya 2022-ci ildə (Ukraynaya qarşı-red.) müharibəyə başlamadı. Rusiya Federasiyasının məqsədi Ukraynanın 2014-cü ildə başladığı müharibəni bitirməkdir”.

Reyting.az
 xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin amerikalı jurnalisti Taker Karlsona müsahibəsində deyib.

Qeyd edək ki, müsahibə iki saat davam edib. Ənənəvi olaraq, Putin Ukraynanın tarixi ilə bağlı öz versiyasını səsləndrib.

Prezident qeyd edib ki, Rusiya 2022-ci ildə müharibəyə başlamayıb, məqsəd Ukraynanın 2014-cü ildə başladığı müharibəni bitirməkdir. O, Rusiyanın danışıqlardan imtina etmədiyini bildirib, Minsk razılaşmasını xatırladıb və deyib ki, Rusiya müharibəyə təhrik edilib.

“Ukraynanın qərbində yaşayan macarlar öz torpaqlarını tarixi vətənlərinə qaytarmaq istəyirlər”, - deyən Putin əlavə edib ki, Macarıstanın baş naziri Viktor Orbanla bu mövzuda heç vaxt söhbəti olmayıb.



Putin Ukraynadakı inqilabı dövlət çevrilişi adlandırıb: “Qlobal müharibə sağlam düşüncəyə meydan oxuyur; bu, bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq. Rusiyanın nə Polşaya, nə Latviyaya, nə də başqa heç kimə ərazi iddiası yoxdur. Hücum olarsa, Moskva qoşun göndərmək barədə düşünə bilər. Rusiyanın hipersəs zərbə sistemləri hər gün təkmilləşdirilir, lakin bu, yalnız məcburi cavabdır. Rusiya könüllü və fəal şəkildə Sovet İttifaqının dağılmasına razılaşdı və bunun Qərb tərəfindən “əməkdaşlığa və müttəfiqliyə dəvət” kimi qəbul ediləcəyinə ümid edirdi”.

Putin qeyd edib ki, Rusiya və Ukrayna gec-tez razılığa gələcəklər.

E. KAMAL

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR