© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ukrayna ordusu İzyuma doğru əks-hücuma keçib

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 2500 kv km-ə yaxın ərazini Rusiya hərbçilərindən təmizləyib.

Məlumatı UNIAN yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri Kupyansk ətrafına çıxıb, İzyuma hücuma keçiblər. Məlumata görə, ukraynalılar Qruşevkanın şimalında Rusiyanın hərbi ehtiyat bazasına doğru hərəkətə başlayıb.

Bildirilib ki, Xarkov vilayəti istiqamətində Ukrayna qoşunlarının uğurlu əməliyyatına cavab olaraq Rusiya əraziyə əlavə qüvvə göndərir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR