© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ukrayna hərbçiləri Rusiya ordusunun Kiyev və Xarkova hücumunu dayandırdı

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Kiyev və Xarkov istiqamətində irəliləyişini dayandırıb. Bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “Facebook” səhifəsində bildirib.

Reznikov qeyd edib ki, Rusiya qoşunları arasında narazılıq və demoralizasiya güclənir.

“Müəyyən istiqamətlərdə Ukrayna ordusu əks-hücumlara başlayır, düşmən onlarla texnikasını itirir, sadəcə onu atıb qaçır. Beləliklə, avtomobil parkımızı doldururuq”, - Reznikov bildirib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR