© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Türkiyə XİN cəbhədə atəşkəsin əldə olunmağına münasibət bildirib

"Sentyabrın 27-də başlayan silahlı qarşıdurmada Azərbaycan 30 ilə yaxındır işğal altında olan ərazilərini öz imkanları və özünəinamı ilə qaytara biləcəyini ermənistan və bütün dünyaya göstərib".

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Bu müddətdə bütün dünyadan insani səbəblərdən dolayı atəşkəs tələbləri gəlib. Azərbaycan da son dəfə Ermənistana işğal etdiyi ərazilərdən çəkilməyi üçün bir fürsət verib. İnsani reallıqlarla əsirlərin və meyitlərin dəyişdirilməsi məqsədi ilə elan edildiyi bildirilən atəşkəs önəmli bir ilk addım olmaqla yanaşı daimi həllin yerinə keçməyəcək. Türkiyə lap əvvəldən ancaq Azərbaycanın “hə” deyəcəyi çözümləri dəstəkləyəcəyini vurğulayıb. Bu mənada, meydanda və masada Can Azərbaycanın yanında olmağa davam edəcəyik”, - açıqlamada vurğulanıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR