© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Son nəfəsədək (film, 2018) -KİNO

Son nəfəsədək —Ermənilərin Azərbaycana qarşı təcavüzünün başlandığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edən, Qarabağ həqiqətlərinin gizlin tərəflərini ictimaiyyətin diqqətinə çatdıran bədii film

DAİM.AZ təqdim edir,Real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmində Qarabağ müharibəsi dövründə qəhrəmanların göstərdiyi rəşadət canlandırılıb. Filmin ssenaristi və Baş prodüseri Nurəddin Aslanov şahidi olduğu real hadisələri lentə alıb. Onun sözlərinə görə, filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir

Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. 100 dəqiqəlik filmin istehsalı “Frame” Production, kreativ media və PR koordinasiya işləri isə “AzerNewMedia” tərəfindən həyata keçirilib.

1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər  (İlqar Cahangir) doğma torpağına, Qarabağa – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də  (Ülviyyə Rza) xəbər yoxdur. Yuxarı Veysəllinin və ətraf kəndlərin müdafiəsini öz üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır. Amma Sovet sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə  (Eldar Bağırbəyov) üz-üzə gələndə heyrətlənir və seçim qarşısında qalır.

 

Rollarda

 

Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov, Novruz Cəfərov, Vaqif Kərimov və başqaları çəkiliblər. Beynəlxalq kino festivallarına təqdimatı nəzərdə tutulmuşdur.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR