© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Müasir tarixi yazan qəhrəmanlar

“Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər və İdman  nazirliyinin maliyyə dəstəyi ilə 01 sentyabr – 01 dekabr 2022-ci il tarixlərdə həyata keçirdiyi “Müasir tarixi yazan qəhrəmanlar” adlı layihənin icrasını yekunlaşdırıb. Layihənin icrası Bakı şəhəri və Füzuli rayonlanunda həyata keçirilmişdi.     
Layihənin məqsədi – Vətən müharibəsi zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi qısametrajlı filmlər vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə qəhrəman obrazları yaratmaq idi.                                                                           
Layihənin icrası zamanı 3 qısametrajlı filmin çəkilişi həyata keçirilmişdir. Bu məqsədlə çəkiliş qrupu Füzuli rayonunun Araytlı, Əhmədalılar kəndlərinə, “Qayıdış” qəsəbə -3 səfərlər təşkil etmiş və Vətən müharibəsi zamanı qızqın döyüşlər getdiyi məkanlarda çəkilişləri həyata keçirmişdir. Çəkilişlərdə  zabit, tankçı və xüsusi təyinatlı döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, Vətən müharibələri zamanı həyata keçirilən əməliyyat və döyüşlər, qızğın döyüş gedən məkanlar və gənc nəslə tövsiyyələr öz əksini tapmışdır. Layihənin yekunu olaraq Horadiz şəhərində Füzui Dövlət Dram Teatırında Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar xanım Eyvazova, qazi, yerli ictimaiyyət və gənclərin iştirakı ilə layihə çərçivəsində hazırlanmış filmlərin təqdimatı keçirilmişdir. 

Gülbahar xanım çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatındakı rolundan, qazanılan Şanlı Qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharətindən, ordumuzun gücündən, şəhid və qazilərin, müharibə iştirakçılarının vətənpərvərlik əzmindən danışıb və “Bakı Gənclər Klubu” ictimai birliyinin fəaliyyətini yüksək qiymətləndirərək gördüyü işlərdə birliyin kollektivinə uğurlar diləyib.

“Bakı Gənclər Klubu” ictimai birliyi İdarə Heyətinin üzvü Azər Cavadov çıxış edərək bildirib ki, ictimai birlik əsas fəaliyyətini gənclərin vətənpərvərlik tərbiyəsi və xalqımızın tarixi və mədəni irsinin təbliği istiqamətlərində aparır. Məhz bu istiqamətləri əsas götürərək təşkilat Vətən müharibəsi qaziləri - Əzizov Hümbət Filman oğlu, Məhərrəmov Məhərrəm Əfsər oğlu, Musazadə Şöhlət Möhübbət oğlunun döyüş yolları və Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları haqqında   10 -15 dəqiqə arası 3 qısametrajlı filmlər hazırlamış və bu filmlər gələcəkdə gənclərimizi vətənpərvər ruhda böyüməsində, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında, gənc nəsildə yeni müasir qəhrəman obrazların yaranmasında rolu olacagını qeyd etmişdir.          

Sonda layihənin yekunu olaraq hazırlanmış qısametrajlı filmlərin təqdimatı keçirilmişdir.

“Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.

 

Azərbaycan, AZ 1014, Bakı
“Binəqədi Gənclər Evi”
Tel: (012) 408 98 45
Mob: (050) 322 28 02
E-mail: bakıgenclerklubu.ib1994@gmail.com
www.fb.com/bakigenclerklubu                           
www.twitter.com/bgk_az

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR