© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

"Real Madrid"in 4 futbolçusunda koronavirus aşkarlanıb

İspaniya "Real Madrid" futbol klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Madrid təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, "kral klubu"nun 4 oyunçusunun COVID-19 testi müsbət çıxıb.

Bunlar qapıçı Tibo Kurtua, yarımmüdafiəçilər Federiko Valverde və Eduardu Kamavinqa, həmçinin hücumçu Vinisius Juniordur. Bütün futbolçular karantinə alınıblar.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR