© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

“Qarabağ” möhtəşəm qələbədən sonra Bakıya qayıtdı

UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyanın “Aberdin” klubunu hər iki oyunda məğlub edən Ağdamın “Qarabağ” klubu Bakıya qayıdıb.

Bununla bağlı klubun rəsmi “Facebook” hesabı məlumat yayıb. 

Heydər Əliyev adına Beynəlxalq Aeroportda “Qarabağ”ı fanatlar böyük çoşqu ilə qarşılayıb.

Qeyd edək ki, Bakıda keçirilən qarşılaşmada “köhlən atlar” Xayme Romeronun qolu ilə 1-0 hesablı qələbəyə sevinib. Şotlandiyanın “Pittodri” stadionunda baş tutan matçda isə “Qarabağ” klubu 3:1 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində 8-ci dəqiqədə Toral Bayramov, 18-ci dəqiqədə Kadi Borqes və 72-ci dəqiqədə Abdullah Zubir fərqlənib. Rəqibin yeganə qolunu isə əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Levis Ferqyuson vurub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR