© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Qafqazlı “Bəbir” MMA-nın yeni cazibədar ulduzudur – FOTO

Şimali Osetiyadan olan Diana Avsaraqova qarışıq döyüş növü (MMA) üzrə çıxış edən ən gənc simalardan biridir.

Mk.ru portalının məlumatına görə, 22 yaşlı cazibədar xanım “Bəbir” (Pantera) ləqəbi altında döyüşür. O, qonşu Çeçenistanın “Axmat” klubunda məşq edir.

Bu yaxınlarda Diana altı döyüş keçirmək barədə müqavilə imzalayıb. Əgər o, bu qarşılaşmaları uğurla başa vurarsa, MMA-nın ən məşhur qadın döyüşçülərindən birinə çevriləcək.

Qeyd edək ki, Diana Avsaqarova hələ ki məğlubedilməzdir. O, keçirdiyi iki görüşdə qələbə qazanıb. Diana sabah ABŞ-da “Bellator-256” turnirində yerli idmançı Tara Qraffla qarşılaşacaq.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR