© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Putin "xalq respublikalarını" tanıdı

Rusiya prezidenti Vladimir Putin qondarma “DXR” və “LXR”in müstəqilliyini tanınması barədə fərmanlar imzalayıb.

“Mən bu qərarı verməyi zəruri hesab edirəm. “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini və suverenliyini dərhal tanıyın”, – o, vətəndaşlara televiziya vasitəsilə müraciətində deyib.

Putin Rusiya Federal Məclisindən bu qərarı dəstəkləməyi, sonra isə hər iki “respublika” ilə dostluq və qarşılıqlı yardım sazişlərini ratifikasiya etməyi xahiş edib.

***

22:51

“Lenin və onun tərəfdaşları Rusiyadan əraziləri qopararaq müasir Ukraynanı yaradıblar”. Bunu Vladimir Putin xalqa müraciəti zamanı deyib.

O, müasir Ukraynanın bütünlüklə kommunist Rusiyası tərəfindən yaradıldığını vurğulayıb.

Putin, həmçinin Donbassda vəziyyətin kritik olduğunu qeyd edib.

***

22:18

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

Söhbət zamanı Putin deyib ki, o, “DXR” və “LXR”in müstəqilliyinin tanınması haqqında fərman imzalamağa hazırlaşır.

Qeyd edək ki, daha əvvəl TASS xəbər vermişdi ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Rusiyanı bu addımı etməməyə çağırıb.

virtualaz.org

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR