© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Naftalan turistləri qarşılamağa hazırlaşır - Fotolar

Prezident  İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kurort şəhəri Naftalanda son illər ərzində bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib.

DAİM.AZ "Qafqazinfo"- ya istinadən xəbər verir ki, respublikamızın bəzi şəhər və rayonlarında karantin rejiminin yumşaldılmasından sonra, Naftalan şəhərinin estetik gözəlliyinin bərpası və kurort iqliminin yaxşılaşdırılması ilə əlaqədar yaşıllaşdırma işlərinə başlanılıb.

 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və aparatın işçiləri tərəfindən şəhərin Bayraq Meydanında, Şirvan prospektində oleander və eldar şamı ağacları, çoxillik bəzək gülləri, ümumilikdə 1000-ə yaxın ağac, kol və güllər əkilib.

 

Şəhər sakinlərinin, həmçinin şəhərə gələn yerli və xarici turistlərin məmnunluğunun təmin edilməsi üçün şəhər ərazisində, parklarda yaşıllaşdırma işləri mütəmadi olaraq davam etdiriləcəkdir.

 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR