© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Muxtar Babayev: "Mədən tullantılarının səmərəli idarə olunması üçün yeni qərarlar veriləcək"

"Sahibkarlara dəstək olmaq məqsədi ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən keçirilən hərraclarda qalib olmuş şirkətlərə İqtisadiyyat Nazirliyinin Sahibkarla Kömək Fondunun dəstəyi ilə "Paşa Bank" ASC tərəfindən aşağı faizlə kreditlər verilib. Artıq bununla əlaqədar digər sahibkarlıq subyektləri tərəfindən banka müraciətlər çoxalıb".

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dağ-Mədən sektorunun inkişafı, islahatlar və yeni maliyyə mexanizmləri mövzusunda tədbirdə söyləyib.

O bildirib ki, bank tərəfindən dağ-mədən sektorunda müasir avadanlıqların və texnologiyanın tətbiq olunması ilə əlaqədar yeni maliyyələşmə mexanizmləri təklif olunur: "Eyni zamanda, yeni ildən etibarən mədən tullantılarının və təbii resursların səmərəli idarə olunması istiqamətində önəmli qərarlar qəbul edilərək sahibkarlara məlumat veriləcək. Mədən sənayesində tam şəffaflığın təmin edilməsi və sahibkarlar tərəfindən bütün əməliyyatların elektron formatda yerinə yetirilməsi məqsədi ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən "elektron qeydiyyat və nəzarət sistemi platforması" qısa müddətdə istifadəyə veriləcək. Əsas məqsəd platforma vasitəsi ilə vaxt itkisi olmadan elektron formada müraciətlərin, hesabatların və icazə sənədlərinin verilməsi və hər bir istismarçının şəxsi kabineti vasitəsi ilə əməliyyatların cari vəziyyətinin izlənilməsini təmin etməkdir".

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR