© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycan süni intellekt sahəsində ixtisaslaşan startap və şirkətləri ölkəyə cəlb etmək istəyir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Mərkəzi Bankı ilə birgə süni intellekt sahəsində ixtisaslaşan startap və şirkətləri ölkəyə cəlb etmək istəyir.

"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

“Mərkəzi Bankın sədri Taleh Kazımovla Süni İntellekt Alyansının yaradılması barədə Anlaşma Memorandumunu imzaladıq. Məqsəd bu sahədə çalışan mütəxəssislərə artan tələb fonunda istedadları yetişdirmək, maraqlı tərəflər üçün təcrübə mübadiləsini təmin etmək və sahəyə resurs cəlb edilməsini təşviq etməkdir", - nazir bildirib.

R.Nəbiyev əlavə edib ki, alyans süni intellekt sahəsində ixtisaslaşan startap və şirkətləri Azərbaycana cəlb etməklə bu sahədə həll və bacarıqları artırmaq üçün əməkdaşlığa da töhfə verəcək.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR