© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Millimizin Millətlər Liqasında növbəti çətin sınağı

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

DAİM.AZ xəbər verir ki, yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq.

Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Monteneqro ilə görüşəcək. 

Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. 

Qrupumuzun digər oyununda Kipr yığması doğma meydanda Luksemburqla qarşılaşacaq. 

Bu tura qədər Lüksemburq 9 xalla qrup lideridir. Monteneqro da eyni xala malikdir və qrupda ikinci yerdə qərarlaşıb. Azərbaycan 4 xalla üçüncü, Kipr yığması isə 1 xalla sonuncudur.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR