© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Kiyev vilayətinin 90 kilometrliyində Rusiya “Uraqan”ları göründü

Xəbər verildiyi kimi Belarus Rusiya ilə birlikdə əvvəlcədən planlaşdırılmayan hərbi təlim keçirəcəyini elan edib və bu məqsədlə bir neçə gündür ki, Rusiya ordusunun hərbi texnikası Belarusa daşınır.

Məsələn, ötən gün Belarusun Gomel vilayətinin Reçitsa stansiyasında “Uraqan” reaktiv yaylım atəşi sistemlərinin boşaldıldığı görünüb.

Lakin Gomel vilayətində hərbi poliqon mövcud deyil və bu baxımdan “Uraqan” reaktiv yaylım atəşi sistemlərinin Belarus-Rusiya birgə təlimləri üçün həmin stansiyada boşaldılması inandırıcı deyil. Belə ki, texnika Ukraynanın Kiyev vilayətinin cəmi 90 kilometrliyində, “Çerniqov” vilayətinin isə 40 kilometrliyindədir. “Uraqan” reaktiv yaylım atəşi sistemlərinin atəş məsafəsi isə 40 kilometrə yaxındır.

 

Rusiya hərbi texnikasının Belarus ərazisinin Ukrayna sərhədləri istiqamətində cəmləşdirilməsi belə ehtimallara səbəb olub ki, Moskva Kiyevi tutaraq orada hakimiyyəti dəyişəcək. Belə mövqeni bu günlərdə CNN telekanalının jurnalistləri də irəli sürmüşdülər. Kiyevdəki bütün əhəmiyyətli inzibati binalar Dnepr çayının qərb sahilindədir və bu da imkan verir ki, Rusiya qoşunları Belarus istiqamətindən hücum edərkən su maneəsini keçməsin. Ukrayna-Rusiya sərhədlərində isə qoşunlar çayları keçməlidir.

Rusiya isə bəyan edir ki, onun Ukraynaya hücum etmək planı yoxdur.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR