© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İstanbulda küçəni mavi su basdı

Türkiyənin İstanbul şəhərinin Sultanqazi səmtindəki məhəllədə kanalizasiya lyuklarından mavi su axmağa başlayıb.

Nəticədə küçələr mavi rəngə boyanıb. Daşan su bəzi mağazalara dolub. Mavi su məhəllə sakinlərinin narahatlığına səbəb olub.

İstanbul Su və Kanalizasiya İdarəsinin qrupları tərəfindən lyuklarda iş aparılıb. Məhəllənin ətraf ərazilərində üç fabrik olduğu məlum olub.Təxminən bir saatlıq işdən sonra tıxanmış xətlə bağlı problem aradan qaldırılıb, mavi su axını dayandırılıb.

Dükanını su basan sahibkar 200 min lirəyə yaxın pul itirdiyini bildirib.

 

 

 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR