© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

İsrail İranla danışıqlara son qoymağa çağırır

İsrailin baş naziri Naftali Bennet beynəlxalq ictimaiyyəti Vyanada nüvə sazişinə qayıtmaq üçün dialoqun bərpası fonunda İranla danışıqları dayandırmağa çağırıb. Bu barədə “Jerusalem Post” xəbər verir.

Qeyd olunur ki, Bennettin ABŞ dövlət katibi Entoni Blinkenlə söhbəti olub və o, Vyanada aparılan danışıqların gedişi barədə ona məlumat verib. Bennett buna cavab olaraq deyib ki, İran “nüvə şantajından” istifadə edir.

İsrailin baş naziri dünya güclərini Tehranla dialoqu dərhal dayandırmağa və İrana qarşı “sərt tədbirlər” görməyə çağırıb.

Xatırladaq ki, noyabrın 29-da Vyanada nüvə sazişinin bərpası üzrə danışıqların növbəti raundu başlayıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR