© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Hollandiya Ukraynaya uçuşları dayandırdı

Hollandiyanın "Royal Dutch" aviaşirkəti müharibə təhlükəsi ilə əlaqədar Ukraynaya bütün reyslərini ləğv edib. Bu barədə Hollandiya aviaşirkəti KLM-nin mətbuat katibliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, normal olaraq gündə iki dəfə Ukraynanın paytaxtı Kiyevə uçuşlar həyata keçirən şirkət bu gecəyə planlaşdırılan uçuşlar da daxil olmaqla, Ukraynaya bütün uçuşları dayandırıb.

KLM-nin Ukrayna hava məkanından istifadə etməyəcəyi paylaşılıb.

Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra öz vətəndaşlarını tez bir zamanda Ukraynanı tərk etməyə çağırıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR