© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Çempionlar Liqasında 1/4 finala start verilir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Matçlar İngiltərənin Mançester şəhərində və İspaniyanın paytaxtı Madriddə keçiriləcək.

İngiltərə Premyer Liqasının lideri “Mançester Siti” öz meydanında Dortmund “Borusiya”sını qəbul edəcək. Meydan sahiblərində itki olmadığı halda, Almaniya klubunda ingiltərəli Ceydon Sanço, Marsel Şmeltser, Aksel Vitsel kimi aparıcı futbolçuların oynamayacağı dəqiqdir.

Təbii ki, günün əsas qarşılaşması Madriddə keçiriləcək. 2018-ci il Çempionlar Liqasının finalında qarşılaşmış iki komanda bu dəfə 1/4 finalda üz-üzə gələcək. Hər iki komandada itkilər var. “Real” Dani Karvaxal, Eden Azar, Serxio Ramosu, “Liverpul” isə Co Qomez, Cordan Henderson, Joel Matip, Divok Oriqi, Vircil van Deyk kimi futbolçularını meydana buraxa bilməyəcək.

Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

23:00 “Mançester Siti” (İngiltərə) – “Borusiya” (Dortmund, Almaniya)

23:00 “Real” (İspaniya) – “Liverpul” (İngiltərə)

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR