© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

“Bakı Gənclər Klubu” gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində layihələrini davam etdirir.

“Bakı Gənclər Klubu” İctimai Birliyi dövlətimizin həyata keçirdiyi siyasətin vacib tərkib hissəsi - gənclərimizin vətənpərvər ruhda tərbiyəsini əsas tutaraq, “Bir ölür – min dirilərik !” devizi altında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral – 01 may 2022-ci il tarixlərində gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində növbəti “Zəfər tarixini yazan qəhrəmanlar” adlı layihənin icrasını həyata keçirir. Layihənin icrası Bakı şəhəri, Biləsuvar rayonu və  ilyarım öncə qızğın döyüşlər gedən  və düşmən tapdağından azad olunan coğrafi ərazilərdə həyata keçiriləcək.

Layihənin məqsədi - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi video-çarxlar vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə müasir qəhrəman obrazları yaratmaqdır.     
Layihə çərçivəsində 3 qısametrajlı filmin çəkilişi həyata keçiriləcək. Qeyd etdiyimiz layihə çərçivəsində səfərlərimiz Vətən müharibəsi qazilərin yaşadıqları Biləsuvar rayonu və  44 günlük müharibə zamanı qızğın döyüşlər getdiyi coğrafi ərazilərə təşkil olunacaq. Çəkilişlərdə müxtəlif  hərb sahələri üzrə döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, qəhrəmanlıq döyüş yolları, döyüş gedən məkanlar, gənc nəslə tövsiyyələri və s. məqamlar öz əksini tapacaq. Nəzərə alsaq ki, müharibə bitib və dövlətimiz azad olunmuş ərazilərdə quruculuq işləri aparır, təssüf hissilə qeyd etmək lazımdır ki, düşmən öz revanşist fikirlərindən geri çəkilmir. Bu nöqtəyi nəzərdən layihə çərçivəsində hazırlanmış 3 qısametrajlı film gələcəkdə gənclərimizin vətənpərvər ruhda böyüməsində, müasir qəhrəman obrazların yaranmasında, həmin qəhrəmanların gənclər və cəmiyyət tərəfindən tanıdılmasında böyük rol oynayacaq. 
“Bakı Gənclər Klubu” İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür. 

 

Azərbaycan, AZ 1014, Bakı
“Binəqədi Gənclər Evi”
Tel: (012) 408 98 45
Mob: (050) 322 28 02
E-mail: bakigenclerklubu.ib1994@gmail.com
www.fb.com/bakigenclerklubu                           
www.twitter.com/bgk_az
instagram.com/baki_gencler_klubu

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR