© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Avropalı diplomatlar: Tehranın mövqeyi atom anlaşması ilə uyğun deyil

Avropalı diplomatlar İranın Vyanada müzakirəçi qrupunun mövqeyinin 2015-ci il nüvə razılaşması ilə uyğun gəlmədiyini deyiblər.

Fransa, Britaniya və Almaniyanın diplomatik rəsmiləri İranın yeni müzakirəçi qrupunun məsələyə yanaşması ilə bağlı təəssüf hissi keçirərək bildiriblər ki, danışıqların bu mərhələsində hələ ciddi müzakirə üçün imkan yaranmayıb.

Sözügedən üç ölkənin diplomatik rəsmiləri habelə vurğulayıblar: "Biz İranın yeni mövqeyini müzakirə etmək üçün danışıqlarda dəyərli vaxtımızı itiririk. Bu mövqe atom anlaşması ilə uyğun gəlmir və anlaşmada müəyyən edilmiş qaydalardan kənara çıxır".

Diplomatlar sonda əlavə ediblər ki, danışıqlarda sürətli irəliləyiş əldə olunmazsa, atom anlaşması tezliklə "içi boş qabıq" olacaq.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR