© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Artıq ikinci Məsut da Türkiyəyə gəldi

Hazırda “Fənərbağça”da çıxış edən tanınmış futbolçu Məsut Özilin “Madam Tüsso” muzeyindəki mumdan hazırlanmış heykəli görənləri heyrətləndirir.

“Haber Global” xəbər verir ki, mum fiquru Türkiyədə sərgilənmək üçün İstanbula gətirilib.

Futbolçu özü də heykəli ilə xatirə şəkli çəkdirməyə macal tapıb.

“Artıq ikinci Məsut da Türkiyəyə gəldi. Qürurlanıram. İlk dəfə onu Almaniyada olanda görmüşdüm. Türkiyəyə gəlməsindən çox məmnunam”, - deyə Özil bildirib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR