© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Amerikalı ekspert İran səfirinin Bakıdan qovulmasını təklif edib

Amerikanın İran üzrə eksperti Mark Dubovitz İranın Azərbaycandakı səfiri Abbas Musəvinin İsrail səfiri Corc Diki ölümlə hədələməsi ilə bağlı paylaşım edib.

"İran səfiri açıq şəkilə İsrail səfirini ölümlə təhdid edir. Azərbaycan İranın səfirini mollalara geri göndərməli və onun ölkəyə girişini bloklamalıdır"-deyə, nüfuzlu ekspert yazıb.

Qeyd edək ki, İsrailin Bakıdakı səfiri Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi və incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib.

Bundan sonra İranın azərbaycandakı səfiri Abbas Musəvi “Tvitter” hesabında paylaşım edərək, İsrail səfirini "oğlancığaz" adlandırıb və onu təhdid edib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR