© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

ABŞ rus generallarını öldürməkdə ukraynalılara kömək edir

Amerika Birləşmiş Ştatları rus hərbi bölmələri haqqında kəşfiyyat məlumatını təqdim edərək ukraynalılara müharibədə həlak olan bir çox rus generalını hədəfə almağa və öldürməyə imkan yaradıblar.

“New York Times”a istinadla xəbər verir ki, bunu ABŞ-ın yüksək rütbəli rəsmiləri etiraf ediblər.

Ukrayna rəsmiləri cəbhə xəttində indiyədək təxminən 12 generalı öldürdüklərini bildiriblər ki, bu da hərbi analitikləri heyrətə salıb. Məqsədli yardım Bayden administrasiyasının Ukraynaya real vaxt rejimində döyüş sahəsinə dair kəşfiyyat məlumatı təqdim etməklə həyata keçirilib; bu, gizli səylərin bir hissəsidir.

Rəsmilərin sözlərinə görə, kəşfiyyat məlumatları, həmçinin, Ukraynanın şərqindəki Donbass bölgəsində Rusiya qoşunlarının hərəkətləri, Moskvanın gizli döyüş planına dair Amerikanın son qiymətləndirmələrini də əhatə edir.

Birləşmiş Ştatlar səlahiyyətliləri ABŞ-ın yardımı nəticəsində neçə generalın öldürüldüyünü dəqiqləşdirməkdən imtina ediblər.

Birləşmiş Ştatlar Rusiya ordusunun tez-tez köçürülən mobil qərargahının yeri və digər təfərrüatlarını təqdim etməyə diqqət yetirib. Ukrayna rəsmiləri həmin coğrafi məlumatı öz kəşfiyyatı ilə birləşdirib. Bundan sonra Ukrayna hərbçiləri yüksək rütbəli rus zabitlərinin harada olması barədə həm də ələ keçirilmiş rabitə məlumatlarına əsasən, artilleriya zərbələri və rus zabitlərinin ölümünə səbəb olan digər hücumları gerçəkləşdirib.

Kəşfiyyat məlumatlarının bölüşdürülməsi ABŞ-ın daha ağır silahlar və on milyardlarla dollarlıq yardımı əhatə edən gücləndirilmiş kömək axınının bir hissəsidir və müharibənin yeni mərhələyə daxil olduğu bir dövrdə Birləşmiş Ştatların Ukraynaya dəstəyi ilə bağlı əvvəlki məhdudiyyətlərin aradan qaldırıldığını nümayiş etdirir.

ABŞ kəşfiyyatının ukraynalılara verdiyi dəstək döyüş meydanında həlledici təsir göstərərək, Ukrayna ordusunun müəyyən etdiyi hədəfləri təsdiqləyib və onu yeni hədəflərə yönəldib. Birləşmiş Ştatların rus qoşunlarının hərəkəti ilə bağlı Ukraynaya verdiyi kəşfiyyat məlumatları əvəzsizdir.

Bayden administrasiyası bunun gərginlik kimi qiymətləndiriləcəyindən və Rusiya prezidenti Putini daha geniş müharibəyə təhrik edəcəyindən ehtiyat edib, döyüş meydanındakı kəşfiyyat məlumatlarının çoxunu gizli saxlamağa çalışıb. Amerika rəsmiləri informasiya toplama üsullarını təhlükə altına atmaqdan qorxaraq, səlahiyyətlilər Rusiya qoşunlarının qərargahı haqqında məlumatı necə əldə etdiklərini deməyiblər. Lakin müharibə boyu ABŞ kəşfiyyat orqanları Rusiya qoşunlarının hərəkətini izləmək üçün müxtəlif mənbələrdən, o cümlədən məxfi və kommersiya peyklərindən istifadə ediblər.

Müdafiə naziri III Lloyd J. Austin keçən ay deyib: “Biz Rusiyanın Ukraynaya hücumda etdiyi hər şeyi edə bilməyəcək dərəcədə zəifləməsini görmək istəyirik”.

Kəşfiyyat məlumatlarının ukraynalılara təqdim edilməsi ilə bağlı suala cavabında Pentaqonun sözçüsü Con F. Kirbi deyib ki, “biz bu məlumatın təfərrüatları barədə danışmayacağıq”. Lakin o etiraf edib ki, Birləşmiş Ştatlar “Ukraynaya özlərini müdafiə üçün istifadə edə biləcəkləri informasiya və kəşfiyyat məlumatı verir”.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienn Uotson döyüş meydanına dair kəşfiyyat informasiyasının ukraynalılara rus generallarını öldürmək niyyəti ilə verilmədiyini söyləyib.

Üstəlik bütün zərbələr Amerika kəşfiyyatının köməyi ilə həyata keçirilməyib. Bir çox ABŞ rəsmilərinə görə, həftəsonu Ukraynanın şərqində Rusiyanın ən yüksək rütbəli uniformalı zabiti general Valeri Gerasimovun baş çəkdiyi yerdə raket zərbəsi ABŞ-ın kəşfiyyat yardımı ilə edilməyib.

Rəsmilər bildiriblər ki, Birləşmiş Ştatlar Rusiyanın ən yüksək rütbəli liderləri haqqında kəşfiyyat məlumatları təqdim etməyi lazım bilmir. Lakin Amerika kəşfiyyatı digər generalların ölümündə mühüm rol oynayıb. Bunu ABŞ rəsmiləri açıq etiraf edirlər.

Birləşmiş Ştatlar müntəzəm olaraq Rusiya qoşunlarının və texnikasının hərəkəti haqqında məlumat verir və Ukraynaya kritik hədəflərin yerini təsdiqləməyə kömək edir. Digər NATO müttəfiqləri də Ukrayna ordusuna real vaxt rejimində kəşfiyyat məlumatları verir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR