MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | AZ
DAIM | AZ
DAIM | AZ
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

"Zəfər tarixini yazan qəhrəmnalar-2!" layihənin icrası yekunlaşdı

Baş səhifəCəmiyyət"Zəfər tarixini yazan qəhrəmnalar-2!" layihənin icrası yekunlaşdı
"Zəfər tarixini yazan qəhrəmnalar-2!" layihənin icrası yekunlaşdı
02 oktyabr, 2023, bazar ertəsi 22:29
  • yazdıryorum yazfont küçültfont büyüt

“Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyul – 01oktyabr 2023-cü il tarixlərdə həyata keçirdiyi “Zəfər tarixini yazan qəhrəmanlar - 2!” adlı layihənin icrasını yekunlaşdırıb. Layihənin icrası Bakı şəhəri və Füzuli rayonunda həyata keçirilmişdi.    

Layihənin məqsədi – Vətən müharibəsi zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi qısametrajlı filmlər vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə qəhrəman obrazları yaratmaq idi.                                                                           

Layihənin icrası zamanı 3 qısametrajlı filmin çəkilişi həyata keçirilmişdir. Bu məqsədlə çəkiliş qrupu Füzuli rayonunun Zobucuq, Kərimbəyli və Böyük Bəhmənli kəndlərinə səfərlər təşkil etmiş və Vətən müharibəsi zamanı qızqın döyüşlər getdiyi məkanlarda çəkilişləri həyata keçirmişdir. Çəkilişlərdə Xüsusi Təyinatlı Quvvələri və Daxili Qoşunlar döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, Vətən müharibələri zamanı həyata keçirilən əməliyyat və döyüşlər, qızğın döyüş gedən məkanlar və gənc nəslə tövsiyyələr öz əksini tapmışdır. Layihənin yekunu olaraq         29 sentyabr 2023-cü il tarixi Horadiz şəhəri Füzuli Dövlət Dram Teatrında Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar xanım Eyvazova, qazi, yerli ictimaiyyət və gənclərin iştirakı ilə layihə çərçivəsində hazırlanmış filmlərin təqdimatı keçirilmişdir.

Gülbahar xanım çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatındakı rolundan, qazanılan Şanlı Qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharətindən, ordumuzun gücündən, şəhid və qazilərin, müharibə iştirakçılarının vətənpərvərlik əzmindən danışıb və “Bakı Gənclər Klubu” ictimai birliyinin fəaliyyətini yüksək qiymətləndirərək gördüyü işlərdə birliyin kollektivinə uğurlar diləyib.

“Bakı Gənclər Klubu” ictimai birliyinin sədri Azər Cavadov çıxış edərək bildirib ki, ictimai birlik əsas fəaliyyətini gənclərin vətənpərvərlik tərbiyəsi və xalqımızın tarixi və mədəni irsinin təbliği istiqamətlərində aparır. Məhz bu istiqamətləri əsas götürərək təşkilat Vətən müharibəsi qaziləri -  xüsusi təyyinatlı Allahverdiyev Azad, əsgər Nəsirli İskəndər və tankçı-tuşlayıcı Hüseynov Samirin döyüş yolları və Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları haqqında 10 -15 dəqiqə arası         3 qısametrajlı filmlər hazırlamış və bu filmlər gələcəkdə gənclərimizi vətənpərvər ruhda böyüməsində, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında, gənc nəsildə yeni müasir qəhrəman obrazların yaranmasında rolu olacagını qeyd etmişdir. Sonda layihənin yekunu olaraq hazırlanmış qısametrajlı filmlərin təqdimatı keçirilmişdir. Layihə 3 ay davam etmişdir.   

“Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.

 

Azərbaycan, AZ 1014, Bakı

“Binəqədi Gənclər Evi”

Tel: (012) 408 98 45 

Mob: (050) 322 28 02 

E-mail: bakı[email protected]

www.twitter.com/bgk_az

www.fb.com/bakigenclerklubu

   

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

SPECA-nın Zirvə görüşündə Bakı Bəyannaməsi və Orta Dəhlizlə bağlı Yol Xəritəsi qəbul edilib
SPECA-nın Zirvə görüşündə Bakı Bəyannaməsi və Orta Dəhlizlə bağlı Yol Xəritəsi qəbul edilib
Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub
Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub
Təhlükəsizlik Şurasının fəaliyyəti təkmilləşdirilir
Fərman
Təhlükəsizlik Şurasının fəaliyyəti təkmilləşdirilir
Ərdoğanın Almaniyaya səfərinin məqsədi bəllidir
Türkiyə yeni hücuma hazırlaşır
Ərdoğanın Almaniyaya səfərinin məqsədi bəllidir
Ruslar Kiyevə ballistik raket atıb
Ruslar Kiyevə ballistik raket atıb
Ermənistanın kapitulyasiya aktını imzalamasından üç il ötür
Ermənistanın kapitulyasiya aktını imzalamasından üç il ötür
Azərbaycan lideri Xankəndidə keçirilən paradda çıxış edib - YENİLƏNİB - TAM MƏTN
Azərbaycan lideri Xankəndidə keçirilən paradda çıxış edib - YENİLƏNİB - TAM MƏTN
Xankəndidəki Zəfər paradından görüntülər
VİDEO
Xankəndidəki Zəfər paradından görüntülər
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı olub
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı olub
İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər və Şuşaya gediblər
Fotolar
İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər və Şuşaya gediblər
Qazaxıstan Çin şirkətlərinə Transxəzər marşrutundan daha aktiv istifadə təklif edib
Qazaxıstan Çin şirkətlərinə Transxəzər marşrutundan daha aktiv istifadə təklif edib
Qorxunc hesabat: 311.480 insan ölə, 868.860 nəfər yaralana bilər
Qorxunc hesabat: 311.480 insan ölə, 868.860 nəfər yaralana bilər
"Beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun Ermənistana çağırışların şahidi olmadıq"
Nazir:
"Beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun Ermənistana çağırışların şahidi olmadıq"
Rusiyanın iqtisadi rıçaqları: İrəvanın Moskvadan qopmaq niyyəti fəlakətlə nəticələnə bilər
ŞƏRH
Rusiyanın iqtisadi rıçaqları: İrəvanın Moskvadan qopmaq niyyəti fəlakətlə nəticələnə bilər
Fələstin-İsrail münaqişəsində 46 jurnalist həlak olub
Fələstin-İsrail münaqişəsində 46 jurnalist həlak olub

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
CƏMİYYƏT

“Bakı Gənclər Klubu” gəncləri vətənpərvər ruhda tərbiyəsi istiqamətində layihələrin icrasını davam edir

Bakıda “Biz birlikdə güclüyük” adlı konfrans keçirilib

Ombudsman bir neçə xəstəlikdən əziyyət çəkənlər üçün dərmanların alınmasına ayrılan vəsaitin artırılmasını təklif edib

Pul nişanlarının məhv edilməsi qaydaları təsdiqlənib

DAIM | AZ
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft