MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu Qarabağda toplanacaq

Baş səhifəDiasporaTürkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu Qarabağda toplanacaq
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu Qarabağda toplanacaq
29 yanvar, 2022, şənbə 22:46
  • yazdıryorum yazfont küçültfont büyüt

"Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun əsası 24 il bundan əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Fondun əsas missiyası Türkiyə və Azərbaycan başda olmaqla, bölgədə sabitlik, sülh və əmin-amanlığın təmin olunması, ümumi olaraq iki ölkə, eləcə də türk coğrafiyası arasında iqtisadi, mədəni və bir sıra fəaliyyətlərin inkişaf etdirilməsinə töhfə verməkdir.

Fond bu istiqamətdə həm Azərbaycanda, həm də Türkiyədə bir çox tədbirlər həyata keçirib.

Türkiyənin bütün KİV-ləri, eləcə də Azərbaycan mediasının qardaş ölkədəki təmsilçiləri ilə olan görüşümüzün əsas məqsədi isə Ermənistanla normallaşma dövründə atılacaq addımları müzakirə etmək, QHT və mətbuat nümayəndələrinin buna yanaşmasını öyrənməkdir. Fondun növbəti toplantısı Qarabağda keçiriləcək".

"Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri İstanbulda mətbuat nümayəndələri ilə keçirilən görüş zamanı Azərbaycan jurnalistlərinə açıqlamasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar deyib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyini xatırladan Aygün Attar qeyd edib ki, Fondun "Şuşa ilində" bir təməl hədəfi var:

"Bu da Zəngəzur dəhlizinin açılmasıdır. Bu baxımdan bugünkü toplantı çox vacibdir. Əsas məqsəd türk mətbuatının gücünü Türkiyə sərhədləri xaricində də göstərməkdir. Biz, 44 günlük Vətən müharibəsi dövründə də olduğu kimi, türk mətbuatının Avropaya, ABŞ-a açılma rolunu üstlənməsini istəyirik”.

Fondun növbəti toplantısının Qarabağda keçirilməsinin planlaşdırıldığını bildirən professor bunun mart-aprel aylarında nəzərdə tutulduğunu deyib:

“Qarabağda keçirəcəyimiz növbəti toplantıda sadəcə Türkiyə və Azərbaycan mediası deyil, dünyanın aparıcı KİV nümayəndələrinin də iştirakı gözlənilir. Xüsusilə iqtisadi sahə üzrə yazarların da olduğu bir görüşün keçirilməsi​ nəzərdə tutulur. Çünki, Zəngəzur dəhlizi sadəcə Azərbaycan və Türkiyə üçün deyil, Rusiya və İran da daxil olmaqla bölgə ölkələrinin iqtisadi inkişafı üçün olduqca əhəmiyyətli, Qarabağ Zəfərindən sonra bölgənin geosiyasi və strateji əhəmiyyətini dəfələrlə artıran yoldur. Buna görə də dəhlizin uğurlu şəkildə, ən qısa zamanda açılmasının təmin olunmasında sivil insanların, media qurumları və elm adamlarının çox böyük rolunun olduğunu düşünürük".

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident: “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Türkiyədə güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb
Türkiyədə güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür
Kəmaləddin Heydərov Gəncədə vətəndaşlarla görüşəcək
Kəmaləddin Heydərov Gəncədə vətəndaşlarla görüşəcək
İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət etdi
İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət etdi
Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - Fotolar
Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - Fotolar
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
Prezident İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub
Fotolar (Yenilənib)
Prezident İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti: "Ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını diqqətdə saxlamağın vaxtı gəlib çatıb"
Azərbaycan Prezidenti: "Ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını diqqətdə saxlamağın vaxtı gəlib çatıb"

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
DİASPORA

Azərbaycan icması ABŞ Konqresindən Nensi Pelosi ilə bağlı tədbir görülməsini tələb edib

Ukraynada həlak olan azərbaycanlının nəşi Bakıya göndərilib

QASİM-in sədri Türkiyədə bir sıra QHT və beyin mərkəzi rəhbərləri ilə görüşlər keçirib

“ŞUŞA 270” Diaspor Gənclərinin III Yay Düşərgəsi

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft