MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Sink koronavirusla mübarizədə necə kömək edir?

Baş səhifəMaraqli FaktlarSink koronavirusla mübarizədə necə kömək edir?
Sink koronavirusla mübarizədə necə kömək edir?

Sink koronavirusun çoxalmasına maneə yaradan yeganə metaldır. Onun COVID-19-un müalicəsində əksər hallarda digər dərman və ya əlavələrlə istifadəsinə dair 30-dan çox tədqiqat va

26 dekabr, 2020, şənbə 17:50
  • yazdıryorum yazfont küçültfont büyüt

Həkim-endokrinoloq Aysel Zeynalova Media.Az-a bu barədə danışıb.

“Koronavirusda sinkə ikiqat önəm veririk. Birincisi, sink immunitet sistemimizi dəstəkləyən vacib mikroelementdir. O, yoluxucu proseslərə həssaslığı azaldır və eyni zamanda xəstəliyin müddətini qısaldır. İkincisi, sink qoxu və dadbilmə hisslərinin qorunmasında iştirak edir. COVID-19-un ümumi əlamətlərindən biri də onların itkisidir, buna görə də sinkin onların bərpa olunmasında rolu böyükdür”.

Həkimin sözlərinə görə, sink çatışmazlığı saç tökülməsinə, yaraların gec sağalmasına, sızanaqlara, zəif qoxu hissinə, impotentliyə və əsas da immunitetin zəifləməsinə səbəb olur.

Endokrinoloq qeyd edib ki, vətəndaşlarımızın çoxu ət yeməyi sevirlər və sink ən yaxşı heyvan qidalarından sorulur. Buna görə də, onun çatışmazlığı əsasən bizim üçün xarakterik deyil:

“Vegeterianlarda bitki mənşəli qidalardan sink az sorulduğundan, veqanlarda pəhrizdə heyvan məhsullarının tamamilə olmamasından və müntəzəm olaraq diyeta saxlayanlarda sink çatışmazlığı müşahidə edilir”.

Həkim sink çatışmazlığının özünü hansı hallarla göstərməsindən də bəhs edib:

“Bəzi insanlar daim soyuqdəymə ilə qarşılaşır, bəzilərinin qəfildən saçları tökməyə başlayır, bəzilərində isə ümumiyyətlə heç bir simptom olmaya bilər. Yeri gəlmişkən, uşaqlarda bu böyümənin ləngiməsində özünü büruzə verir”.

Həkim qeyd edib ki, sinki profilaktik dozalarda kişilər 11 mq, qadınlar 8 mq, uşaqlar yaşından asılı olaraq 2-8 mq, veqanlar isə - 12-16 mq qəbul edə bilərlər.

O, ətin, dəniz məhsullarının sinklə zəngin olduğunu bildirib.

“Sink, dəmir və mis dediyimiz kimi sorulma uğrunda davamlı mübarizə içərisindədir. Bu mikroelementlərdən biri daha çoxdursa, qalanları daha az dərəcədə sorulur. Beləliklə, uzun müddətli sink istehlakı ilə mis və dəmirin sorulması azalır, bu da immunitetin azalmasına və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bundan əlavə, həddindən artıq dozada qəbul ürək bulanması, ishal, qarın ağrısı və ağızdakı metal dadı verə bilir”, - deyə həkim vurğulayib.

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident: “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Türkiyədə güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb
Türkiyədə güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür
Kəmaləddin Heydərov Gəncədə vətəndaşlarla görüşəcək
Kəmaləddin Heydərov Gəncədə vətəndaşlarla görüşəcək
İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət etdi
İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət etdi
Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - Fotolar
Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - Fotolar
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
Prezident İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub
Fotolar (Yenilənib)
Prezident İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti: "Ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını diqqətdə saxlamağın vaxtı gəlib çatıb"
Azərbaycan Prezidenti: "Ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını diqqətdə saxlamağın vaxtı gəlib çatıb"

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
MARAQLI FAKTLAR

Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - Fotolar

Uşaqların immun sistemi bu cür MƏHV OLUR

Atatürkün ölüm sirri açılır - Türkiyənin qurucusunu avstriyalı həkim zəhərləyib

Boyun ağrılarını azaldan qeyri-adi massaj

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft