MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Qlobal taxıl böhranı: Azərbaycanda da qiymət artımı qaçılmazdır

Baş səhifəIqtisadiyyatQlobal taxıl böhranı: Azərbaycanda da qiymət artımı qaçılmazdır
Qlobal taxıl böhranı: Azərbaycanda da qiymət artımı qaçılmazdır
17 avqust, 2022, çərşənbə 11:21
  • yazdıryorum yazfont küçültfont büyüt

Dünya siyasətinin gündəmi çox sürətlə dəyişir. Müharibələrə paralel, sönmüş münaqişə ocaqları da tədricən aktivləşir. Bütün bunların fonunda dünya bazarında ərzaq, qeyri-ərzaq və ən əsası, buğdanın qiymətində kəskin artım müşahidə olunur. Hazırda dünya bazarında buğda qiymətləri son 10 ilin ən yüksək göstəricisidir.

Maraqlıdır ki, son 10 il ərzində dünya üzrə buğda istehsalında 10 faizə qədər artım müşahidə edilsə də, paralel olaraq buğdanın qiymətində də artım olur. Çikaqo əmtəə birjasının məlumatına görə, buğda fyuçersləri hazırda rekord səviyyəyə qalxıb və yüksəlməkdədə davam edir.

Nə baş verir?
Öncə onu qeyd edim ki, ərzaq bazarında qiymətlərə təsir edən faktorlar bir deyil. Buna görə də proses düşünüldüyündən də mürəkkəbdir. Belə ki, hava şəraiti, ticarət siyasəti, aqrar siyasət, taxıl ehtiyatı siyasəti, bioyanacaq siyasəti və dəyişən beynəlxalq maliyyə şərtləri ərzaq qiymətlərinə təsir edən mühüm amillərdir. Hazırda isə dünya bazarında buğdanın qiymətinin artmasına təsir edən əsas amillər bunlardır:

1. Əlverişsiz hava şəraiti və quraqlıq;
2. Rusiya-Ukrayna müharibəsi başda olmaqla aktivləşən yeni müharibə ocaqları;
3. Daşınma xərclərin artımı;
4. Dövlətlərin proteksionist siyasəti və s.


Prinsip etibarilə qeyd etdiyim 4 səbəb bir-birinə zənzirvari bağlıdır. Misal üçün, hazırda dünya miqyasında davam edən anormal istilər taxıl istehsalçısı olan bir çox ölkələrdə quraqlıq yaradıb. İqlim dəyişkənliyinə və ekstremal hava şəraitinə həssas olan kənd təsərrüfatında təbii səbəblərə görə qiymət artımı normaldır. Ötən il ərzində ABŞ, Kanada və Rusiyada müşahidə olunan quraqlıq və yüksək temperatur buğda istehsalına ciddi şəkildə təsir etdi. ABŞ-da quraqlıq və yüksək temperatur 2021-ci ildə yazlıq buğda məhsulunun 40 faiz azalmasına, ümumi buğda yığımının isə 10 faiz azalmasına səbəb oldu. Təəssüf ki, bu tendensiya bu gün də davam edir.
Qara dəniz bölgəsinin iki ən böyük buğda ixracatçısı olan Ukrayna ilə Rusiya arasındakı 174 gündür davam edən müharibə isə öz növbəsində buğdanın bahalaşmasına səbəb olur. Buğda istehsalı ilə məşğul olan digər istehsalçı ölkələr isə daxili bazarda ərzaq təhlükəsizliklərini riskə atmamaq üçün bazara müdaxilə edirlər. Məsələn, Hindistan, Qazaxıstan kimi əsas buğda ixracatçısı buğda ixracını məhdudlaşdıracaq siyasət yürüdür.

“Buğda diplomatiyası” ucuzlaşma yaradacaqmı?
Hazırda dünya miqyasında buğda böhranından çıxış yolları axtarılır. Xüsusilə iri buğda idxalçısı olan ölkələr mövcud problemin həlli istiqamətində səylərini artırıb. Misal üçün, Türkiyənin böyük səyi nəticəsində İstanbulda Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə ixracına dair razılaşma əldə olunub.
Düzdür, sazişin imzalanması taxıl ixracatının bərpasına və buğdanın qiymətlərinə təsir etsə də, bu, taxıl böhranının fundamental həlli anlamına gəlmir. Hələ Ukrayna müharibəsindən öncə də dünya bazarında taxılın qiymətində artımlar var idi. Artan tələbi azalan istehsal ödəyə bilmirdi və bu disbalans yenə də qalmaqdadır.
Müharibə səbəbindən bu il Ukrayna çox az sahədə ilkin şumlama apara bilib və əkin sahələrinin kəskin azalacağı gözlənilir. Bu isə o deməkdir ki, gələn ildə qlobal ərzaq böhranı əsas gündəm olacaq. Rusiya isə yuxarda qeyd etdiyim səbəblərdən taxıl ixracatını məhdudlaşdırıb. Sözügedən 2 ölkə qlobal taxıl ixracatının 30 faizini formalaşdırır və onların bazardan çəkilməsi təklifə ciddi təsir göstərir.

Azərbaycanda unun qiymətində artım qaçılmaz görünür!
Buğda Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün əsas kənd təsərrüfatı məhsulu hesab edilir. Digər bir deyimlə buğda strateji məhsullar siyahısına daxildir. Məhz bu səbəbdən, əkin strukturunda buğda xüsusi çəkiyə malikdir.
Hazırda ölkədə 595 min hektardan çox ərazidə buğda əkilib ki, bu da ümumi əkin sahəsinin təxminən 40 faizinə bərabərdir. Ümumilikdə, buğdanın əkin sahəsində ötən il ilə müqayisədə artım müşahidə edilib.
Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkədə buğda strateji məhsul hesab edildiyi üçün buğdanın əkininə dövlət dəstəyi son illərdə artmaqdadır. Bununla belə təəssüf ki, daxili tələbatın böyük hissəsi idxal hesabına ödənilir. Ümumilikdə isə son illər ərzində idxal olunan buğdanın 80 faizdən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Rusiya isə hazırda Ukrayna ilə müharibə, ölkə miqyasında quraqlıq riski və digər səbəblərdən xarici ölkələrə buğda ixracını məhdudlaşdırıb. Qazaxıstan da Rusiya kimi bənzər bir siyasət yeridir. Nəticə etibarilə Azərbaycanda buğda və ondan alınan məhsulların, xüsusilə də un və un məmulatlarının qiymətləri xarici bazarlardan asılıdır.
Yuxarıda da qeyd edildiyi kimi, Rusiyanın buğda ixracını tənzimləmək üçün ixracını əngəlləməsi Azərbaycan bazarına təsirsiz ötüşə bilməz.
Azərbaycanda əhalinin qida rasionunda xüsusi çəkisi olan çörək və digər məhsulların undan hazırlandığını nəzərə alsaq, un və un məmulatlarının qiymətlərinin artması qaçılmaz görünür.

Turan RZAYEV

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident: “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Türkiyədə güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb
Türkiyədə güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür
Kəmaləddin Heydərov Gəncədə vətəndaşlarla görüşəcək
Kəmaləddin Heydərov Gəncədə vətəndaşlarla görüşəcək
İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət etdi
İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət etdi
Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - Fotolar
Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - Fotolar
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
Prezident İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub
Fotolar (Yenilənib)
Prezident İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti: "Ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını diqqətdə saxlamağın vaxtı gəlib çatıb"
Azərbaycan Prezidenti: "Ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını diqqətdə saxlamağın vaxtı gəlib çatıb"

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
İQTİSADİYYAT

Baş nazir ƏDV-dən azad olunan avadanlıq və texnikalarla bağlı yeni qərar verib

Avropa Rusiya qazından xilas yolu axtarır

Rusiyanın neft və qazını baha alanlar cəzalandırılacaq

Azərbaycan neftinin qiyməti 99 dolları keçib

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft