MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Onkoloji xəstələr koronavirusdan necə qorunmalıdır? - TÖVSİYƏ

Baş səhifəMüsahibəOnkoloji xəstələr koronavirusdan necə qorunmalıdır? - TÖVSİYƏ
Onkoloji xəstələr koronavirusdan necə qorunmalıdır? - TÖVSİYƏ
08 aprel, 2020, çərşənbə 10:42
  • yazdıryorum yazfont küçültfont büyüt

"Hamının, xüsusilə də onkoloji xəstələrin düzgün qidalanması və immun sistemini gücləndirməsi olduqca vacibdir. İnsanda immun çatışmazlığı bir sıra xəstəliklərin meydana gəlməsi ilə, həyati təhlükəli infeksiyalar ilə nəticələnə bilər. Ona görə də, orqanizmi istənilən xəstəlikdən, o cümlədən koronavirus infeksiyasından qorumaq üçün immuniteti möhkəmləndirmək vacibdir".

Bunu Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının onkoloqu Günay Əhmədova deyib.

O bildirib ki, immuniteti gücləndirmək üçün sehrli bir dərman yoxdur: "İmmuniteti gücləndirməyin ən təhlükəsiz və düzgün yolu təbii qidalar və gündəlik qida rasionunun tənzimlənməsidir. Bizim immun sistemimiz insanın qidalanmasından, orqanizmə hansı qidaların daxil olmasından çox asılıdır. Ona görə də, hər birimiz immunostimulyatorlar qəbul etmədən, məhz düzgün qidalanma vasitəsilə immun sistemini gücləndirə bilərik". 

G.Əhmədova onkoloji xəstələrin immunitetlərini gücləndirmək üçün görməli olduqları tədbirlərə və hansı qidaları qəbul edilməsinin vacibliyinə də toxunub: "Əgər immunitetinizi güclü saxlamaq istəyirsinizsə, siqaret çəkməyin, alkoqol qəbul etməyin, çox aşağı kalorili pəhrizlər (dietalar) saxlamayın. Mexaniki işlənmiş qidalar qəbul etməyin, hər şeyin təbii olanını qəbul edin. Mövsümə uyğun meyvə və tərəvəz, hər gün bir ovuc quru meyvə (badam, qoz, fındıq) yeyin. Hər gün bir stəkan kefir, yaxud bir kasa (150 ml) qatıq için, bir yumurta yeyin. Qırmızı ətdən az istifadə edin. İmmuniteti gücləndirən vitaminləri təbii qaynaqlardan almağa çalışın. Xüsusilə tərkibində A, B, C, E, D vitaminləri olan, çeşidli mineral tərkibli qidalar qəbul etməyə çalışın. Bundan əlavə, çoxlu su için. Yarısından çoxu su olan insan orqanizminin daha yaxşı fəaliyyət göstərməsi və immuniteti gücləndirməsi üçün gündə azı 1,5-2 litr su içməyiniz məsləhətdir".

"İmmunitet üçün vacib əhəmiyyət daşıyan amillərdən biri D vitaminidir. İnsan orqanizmi virus və bakteriyaları öldürən antimikrob proteinlər sintez etmək üçün D vitamininə ehtiyac duyur. Orqanizmdə kifayət qədər D vitamini olmadıqda bədən viruslar və bakteriyalarla mübarizədə zəifləyir. Bu vitamin balıqda (xüsusilə somon balığı), yumurtada, süd məhsullarında boldur. Ən yaxşı D vitamini qaynağı isə günəşdir. Yəni, bu qidalar və günəşlə də D vitamininə olan ehtiyacı ödəmək olar.

Unutmayın ki, immuniteti güclü saxlamağın ən vacib yollarından biri düzgün yuxu rejimidir. Hər gün 6-8 saat qaranlıq otaqda, dərin yuxu rejimi immuniteti möhkəmləndirir. Araşdırmalar göstərib ki, gündəlik 7 saat yatanlara nisbətən 6 saat yatan insanlarda soyuqda xəstələnmə ehtimalı 4,2 dəfə daha yüksəkdir. 5 saat yatanlarda bu risk daha çoxdur. Yuxunuz pozulmasın deyə günün sonunda, yəni axşamlar kofeinli qidalardan uzaq durun, kofeinli içkilər qəbul etməyin. Hər gün heç olmazsa 20 dəqiqə bədən tərbiyəsi ilə məşğul olun. Açıq havada müntəzəm bədən tərbiyəsi həm zehni, həm də fiziki cəhətdən son dərəcə əhəmiyyətli olub, immuniteti gücləndirir. Sonra ilıq duş alın. Stress isə immuniteti zəiflədən amillərdən biridir. Buna görə də, stressdən qorunun, internetdə yayımlanan hər informasiyaya uymayın, ancaq rəsmi qaynaqlardan məlumat alın", - mütəxəssis qeyd edib. 

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
ANBAAN VİDEO
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
Xankəndi yolundakı aksiya 52 gündür davam edir
Xankəndi yolundakı aksiya 52 gündür davam edir
İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub
İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub
"İsfahana zərbələr İsrailin Netanyahunun yeni hökuməti dövründə İran daxilində ilk əməliyyatıdır" 
Wall Street Journal:
"İsfahana zərbələr İsrailin Netanyahunun yeni hökuməti dövründə İran daxilində ilk əməliyyatıdır" 
ABŞ və İsrail hərbi təlimə başlayıb
İran şəhərləri hava hücumuna məruz qalıb - VİDEO
İran şəhərləri hava hücumuna məruz qalıb - VİDEO
Netanyahu: Terror hücumlarına cavab sürətli, güclü və dəqiq olacaq
Netanyahu: Terror hücumlarına cavab sürətli, güclü və dəqiq olacaq
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident: “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
MÜSAHİBƏ

Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir”

Bəzən işinə görə ürəyi əlinə alır

Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalacaq - Professor

Hikmət Hacıyev: "ABŞ və Fransa Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil"

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft