MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Ömrü şam müəllimlər

Baş səhifəCəmiyyətÖmrü şam müəllimlər
Ömrü şam müəllimlər
05 oktyabr, 2022, çərşənbə 11:05
  • yazdıryorum yazfont küçültfont büyüt

İlahə Ümidli

Zaman keçir... insanlar dəyişir, həyat dəyişir, hətta təbrik edəcəyimiz ünvanların insanları da dəyişir. Gün oldu mən öz müəllimlərimi təbrik etdim, gün oldu tələblərim məni təbrik etdi, indi gün o gündür ki, övladlarımın müəllimlərini təbrik edirəm. O müəllimləri ki, onların hər birini öz müəllimlərimdən daha çox sevirəm, çünki onlar gözlərimin nuru Altunay və Tuqayımın müəllimləridir. 

Uşaq baxçaları ilə bağlı cəmiyyətimizdə birmənalı fikir yoxdur, bu hər kəsə aydındır, xüsusilə dövlət baxçaları haqqında eşitdiyimiz və gördüyümüz neqativ fikirlər hər bir valideyinin ürəyində sıxıntı yaradır. Bu gün yazmaq istədiyim bu yazı nə özəl baxçaları aşağılamaq, nə də hər hansı dövlət baxçasına reklam deyil. Bu, sadəcə bir ananın minnətdarlıq və könül rahatlığının ifadəsidir.
 
Özəl baxçalar daha yaxşı olur, yoxsa dövlət?!
Çətin sualdır elə?! 
Vicdanın özəli dövləti olmur axı. Hələ söhbət azyaşlılardan gedirsə yəqin mənimlə razılaşarsınız ki, bu məqamda vicdan və mərhəmət insanlarda daha pik həddə çatır. 
Müəllimlərin “ayaqaltı” edildiyi bu dönəmlərdə istədim hər zamankı kimi insanların qulaqlarına yaxşılıqları eşitdirim, gözlərinə yaxşıları gördürüm.  
Bu gün Sizlərə əkizlərimin baxça müəllimlərindən danışmaq istəyirəm. Öncə onu deyim ki, çox baxçalar gəzdik, ən çox da özəl baxçaların şəraiti və müəllimləri ilə görüşdüm. Ən başdan yoldaşıma bildirdim ki, mənimçün əsas müəllimdir, tərbiyəçidir, amma əlbəttə ki, balıqların başdan iyləndiyini də bilirik. Niyə bu misalı çəkirəm, bilirsiniz idarəedilən hər kadr rəhbərinin əsəridir. 
Əvvəldən nə özəl təhsilin, nə də özəl baxçanın tərəfdarı olmamışam, amma gözümüz bir dövlət baxçasından elə qorxdu ki, məcbur özəllərə üz tutduq. Özəl baxçaların heç birini pisləmək niyyətində deyiləm, lakin özəl baxçaların fəaliyyətinə heç ürəyim qızmadı.

Elə uşaqların dili ilə desək, çox gəzdik, çox dolandıq axırda 159 nömrəli uşaq baxçasında dayandıq, gördüyümüz ilk müəllim, Aygün xanımın sayəsində. Müəllim deyil bu xanım, sanki ipək, sanki nur, sanki Vətən insan. Görən kimi, yoldaşıma dedim aha bu xanıma uşaq etibar etmək olar. Sonradan öyrəndik ki, sən demə müəllimimiz şairə imiş, ruhu o dəqiqə fərqini duyurmuşdu. Gözəl uşaq şeirləri var onun:

“Axı, kimlə oynayım?
Çıxış yolu mən tapım,
Səhər tezdən oyanım,
Mən baxçaya yollanım,
Orda çoxlu dost tapım,
Həm oynayım, həm yatım.
Daha niyə darıxım?!” 

Artıq uzun müddətdir əkizlərim baxçaya gedir, hər gedişlərində sevindiklərinin şahidi oluram, özüm də çox sevinirəm. Müəllimlərini görən kimi “Mənnimə” deyib onlara sarı qaçırlar, sevirlər, əylənirlər. 

Bu yazını ona görə paylaşdım ki, gənc analar üçün faydalı ola bilər. 
Bu yazını ona görə paylaşdım ki, cəmiyyət Müəllim haqqında ehtiyatla danışsın.
Bu yazını ona görə paylaşdım ki, gözəllikləri eşidək, gözəlliklər çoxalsın.

Əziz Aygün və fədakar Rəna müəllimimizə, eyni zamanda hələ də bezlərdən istifadə edən əkizlərimin əziyyətini çəkən dayəmiz Kifayət xanıma könül dolusu təşəkkür edirik. Və əlbəttə ki, vicdan və mərhəmətlə, eyni zamanda tələbkarlıqla baxçanı idarə edən Nərgiz xanıma öz minnətdarlığımızı sunuruq. 

“Bilmirəm mən səni kimə bənzədim,
Bənzərin heç yerdə yoxdur, müəllim!
Haqqında danışsam, bitməz sözlərim,
Ən uca zirvədir yerin, müəllim!

Oxuyub yazmağı səndən öyrəndim,
Sözü sözə qoşub cümlə düzəltdim,
Haqqında nə yazdım təhlil eylədim,
Hər dəfə mübtəda oldun, müəllim!

Qocalmaz heç zaman adın MÜƏLLİM!

Gününüz mübarək olsun, ömrü şam müəllimlərimiz!

  • 0
    SEVDİM
  • 3
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
VİDEO
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
FOTO
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Duyğu dolu anla
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
‼️DİQQƏT‼️
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
FOTO
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Xilasedicilərimiz riskli ərazilərdə
VİDEO
Xilasedicilərimiz riskli ərazilərdə
Azərbaycandan Türkiyəyə göndərilən mobil səhra hospitalı Kahramanmaraşa çatdı
Azərbaycandan Türkiyəyə göndərilən mobil səhra hospitalı Kahramanmaraşa çatdı
Azərbaycan vətəndaşlarının Türkiyəyə yardım fədakarlığı “Haber Global”ın süjetində
VİDEO
Azərbaycan vətəndaşlarının Türkiyəyə yardım fədakarlığı “Haber Global”ın süjetində
Zəlzələnin baş verdiyi Qaziantepdən görüntülər
VİDEO
Zəlzələnin baş verdiyi Qaziantepdən görüntülər
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
ANBAAN VİDEO
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
Xankəndi yolundakı aksiya 52 gündür davam edir
Xankəndi yolundakı aksiya 52 gündür davam edir

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
CƏMİYYƏT

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub

“Bakı Gənclər Klubu” gəncləri vətənpərvər ruhda tərbiyəsi istiqamətində növbəti layihəsinin icrasını həyata keçirir.

Bakıda Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb

SDU haqqında qlobal media platformasında məqalə dərc olunub

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft