MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Mədəniyyət Nazirliyi 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ölkənin kino ictimaiyyətini təbrik edib

Baş səhifəMədəniyyətMədəniyyət Nazirliyi 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ölkənin kino ictimaiyyətini təbrik edib
Mədəniyyət Nazirliyi 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə ölkənin kino ictimaiyyətini təbrik edib
01 avqust, 2020, şənbə 16:56
  • yazdıryorum yazfont küçültfont büyüt

DAİM.AZ-ın məlumatına görə, təbrikdə qeyd olunur ki, 1898-ci ildə neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan və demək olar ki, dünya kinosu ilə həmyaşıd olan Azərbaycan kino sənəti mədəniyyət salnaməmizə parlaq səhifələr yazaraq onilliklər ərzində soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət hisslərinin aşılanmasına xidmət edib, xalqımızın yeni nəsillərinin dünyagörüşünün formalaşmasına güclü təsir göstərib. Səssiz-səsli, rəngsiz-rəngli kimi mərhələləri özündə birləşdirən böyük bir inkişaf yolu keçmiş milli kino sənətimiz xüsusilə XX əsrin 60-70-ci illərində özünün intibah dövrünü yaşayıb.

Azərbaycan kinosunun inkişafında, kinematoqrafçıların yaradıcılıq potensiallarının reallaşmasında, layihələrin işıq üzü görməsində kino işçilərinin ən etibarlı təəssübkeşi və hamisi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Xüsusilə ötən əsrin 70-ci illərində respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində kino sənətimizin incisi olan neçə-neçə ekran əsəri ərsəyə gəlib.

1980-ci illərin sonu, eləcə də müstəqilliyimizin ilk illəri respublika həyatının, o cümlədən mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində də çətin dövr olub. Lakin sənətə sadiq insanlar bütün çətinliklərə rəğmən kinonu tərk etməyib, köklü ənənələrə malik kinematoqrafiyamızı yaşatmağa nail olublar.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə mədəniyyətimizə, həmçinin kinoya diqqət artıb, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa edilib. Sonrakı illərdə dövlət dəstəyi ilə Azərbaycan kinosunun yeni inkişaf dövrü başlayıb. Məhz Ulu Öndərin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderin mədəniyyətə diqqət və qayğı siyasətini uğurla davam etdirərək milli kino sənətimizin qorunması və inkişafı ilə bağlı bir çox sərəncamlar imzalayıb.

Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 59 ölkədə keçirilən 231 beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.

Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Diqqətə çatdırılır ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilib. Bu ilin əvvəlindən bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının ən çox mənfi təsir göstərdiyi sahələrdən biri də kino sahəsidir. Demək olar ki, bütün dünyada kino ilə bağlı kütləvi tədbirlər təxirə salınıb. Ümid edirik ki, bəşəriyyət tezliklə bu xəstəliyə qalib gələcək və həyat normal axarına düşəcək. Kino pavilyonları fəaliyyətini bərpa edəcək, böyük ekranlar yeni maraqlı filmlərlə tamaşaçıların görüşünə gələcək.

Təbrik müraciəti bu sözlərlə bitir: “Kino kollektiv yaradıcılıq sənətidir. Bir filmin ərsəyə gəlməsində onlarla insanın əməyi olur. Mədəniyyət Nazirliyinin kollektivi bu əlamətdar gün münasibətilə Azərbaycanın kino salnaməsinə adını yazdırmış sənətkarlarımızın xatirəsini bir daha ehtiramla yad edir və çağdaş film sənayemizin inkişafına töhfə verən kino ictimaiyyətinə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır".
 

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident: “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Türkiyədə güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb
Türkiyədə güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür
Kəmaləddin Heydərov Gəncədə vətəndaşlarla görüşəcək
Kəmaləddin Heydərov Gəncədə vətəndaşlarla görüşəcək
İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət etdi
İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət etdi
Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - Fotolar
Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - Fotolar
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
Prezident İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub
Fotolar (Yenilənib)
Prezident İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti: "Ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını diqqətdə saxlamağın vaxtı gəlib çatıb"
Azərbaycan Prezidenti: "Ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını diqqətdə saxlamağın vaxtı gəlib çatıb"

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
MƏDƏNİYYƏT

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür

Bakı Jazz Festivalının açılışı olub

Mehriban Əliyeva Müslüm Maqomayevlə bağlı paylaşım edib

Azərbaycanlı şair beynəlxalq mükafata layiq görüldü - FOTO

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft