MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | AZ
DAIM | AZ
DAIM | AZ
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb

Baş səhifəGündəmLaçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb
Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb
11 avqust, 2022, cümə axşamı 16:07
  • yazdıryorum yazfont küçültfont büyüt

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb. Bu barədə agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, avtomobil yolunun tikintisi zamanı 7,3 milyon kubmetr həcmində qazma-tökmə işləri, 1,3 milyon kubmetr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib.

Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149,5 metr, eni 13,5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.

Daha sonra “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib.

Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb.

Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.

Qeyd olunub ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (bundan 10 kilometr Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa olunub. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2,5 (5 metr) metr təşkil edir.

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb
Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb
"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"
Prezident:
"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"
İlham Əliyev Şarl Mişel və Nikol Paşinyanla görüşüb
Fotolar (Yenilənib)
İlham Əliyev Şarl Mişel və Nikol Paşinyanla görüşüb
Priqojin Putinə cavab verib və təslim olmaqdan imtina edib
Priqojin Putinə cavab verib və təslim olmaqdan imtina edib
Azərbaycanı dəstəkləyən iki liderin görüşü İranı narahat edir
Azərbaycanı dəstəkləyən iki liderin görüşü İranı narahat edir
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
VİDEO
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
FOTO
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Duyğu dolu anla
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
‼️DİQQƏT‼️
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
FOTO
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Xilasedicilərimiz riskli ərazilərdə
VİDEO
Xilasedicilərimiz riskli ərazilərdə

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
GÜNDƏM

Bir günün içində siyasi gedişatlar bu qədər dəyişərmi!?

Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb

"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"

İlham Əliyev Şarl Mişel və Nikol Paşinyanla görüşüb

DAIM | AZ
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft