MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

General: "Ermənistanın başqa çıxış yolu qalmayıb…” - Müsahibə

Baş səhifəMüsahibəGeneral: "Ermənistanın başqa çıxış yolu qalmayıb…” - Müsahibə
General: "Ermənistanın başqa çıxış yolu qalmayıb…” - Müsahibə

Məhərrəm Əliyev deyir ki, işğalçı ölkə ya müvafiq həll variantına boyun əyməli, ya da prosesdən çəkilməlidir

24 aprel, 2020, cümə 16:12
  • yazdıryorum yazfont küçültfont büyüt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Trend-ə müsahibə verib.

daim.az həmin müsahibəni təqdim edir:

- Cənab general-polkovnik, bildiyimiz kimi bugünlərdə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı bəyanat səsləndirib. Lakin Ermənistan rəhbərliyi növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirərək, danışıqlar prosesini pozmaqla yanaşı, işğal altındakı ərazilərimizi geri qaytarmayacaqlarını bəyan edib. Siz bu məsələyə necə münasibət bildirərdiniz?

- Əslində, Ermənistan rəhbərliyinin, eləcə də bu ölkənin xarici işlər idarəsinin işğalçılıq mövqeyindən çıxış edən bəyanatlar səsləndirməsi, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əldə edilən razılaşmalardan boyun qaçırması bir daha qarşı tərəfin məqsədini açıq-aşkar bəlli edir və söz yox ki, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi hüququ öz qüvvəsində qalmaqdadır.

Lakin eyni zamanda, Azərbaycan dövləti danışıqlar prosesində münaqişənin hüquqi çərçivədə və sülh yolu ilə həllinin tərəfdarı olduğunu da bəyan edib. Bu baxımdan, hesab edirəm ki, Ermənistan rəhbərliyinin hər dəfə bu proseslərdən müxtəlif üsullarla yayınması cəhdləri Azərbaycana başqa çıxış yolu qoymur.

Biz, həmçinin daha bir mühüm amili də xatırlamalıyıq ki, Ali Baş Komandanımız, Prezident İlham Əliyev bir sıra nüfuzlu beynəlxalq tribunalarda dəfələrlə öz qətiyyətli mövqeyini bəyan edib. İstər Münhen Təhlükəsizlik Konfransında, istərsə də MDB dövlət başçılarının iştirakı ilə keçirilən “Valday” klubunda çıxış edən cənab Prezident İlham Əliyev Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, işğalçılıq siyasəti ilə əsla barışmayacağını vurğulayıb. Əbəs deyil ki, məhz “Qarabağ Azərbaycanındır və nida işarəsi” bəyanatı hazırkı gündə də işğalçı erməni hərbi-siyasi dairələrini ciddi şəkildə narahat etməkdədir.
Onu da düşünürəm ki, onlar sadəcə, qorxularını xalqdan bu cür uğursuz bəyanatları ilə gizlətməyə cəhd göstərirlər. Ümumiyyətlə, danışıqlar masasından imtina edən erməni tərəfi birmənalı şəkildə anlamağa məhkumdur ki, onların bu cür davranışları nə həmin dövlətə, nə də erməni xalqına yaxşı heç nə vəd etmir.

- Məhərrəm müəllim, sizcə sadə erməni xalqı münaqişənin davam etməsində nə qədər maraqlıdır, ümumiyyətlə, Ermənistan hakimiyyətinin məlum fikrini bütövlükdə xalqın fikri ilə eyni müstəvidə tutmaq nə qədər mümkündür?

- Mən elə düşünmürəm. Sadə erməni xalqı ümumiyyətlə bir-birini müxtəlif yollarla dəyişən hakimiyyətlərin maraqlarını bölüşmür. Tarix və sənədlər sübut edir ki, münaqişənin təməli xaricdə yaşayan erməni lobbisinin və əsasən də ultra-millətçi, eləcə də terror maraqlarından çıxış edən Daşnaksyutun təmsilçiləri tərəfindən qoyulub. Yəni bu məkrli planın işlənib-hazırlanmasında sadə erməni xalqı iştirak etməyib. Biz dəfələrlə şahidi olmuşuq ki, sadə xalq müharibəyə qarşı etiraz səsini ucaldır, Qarabağda hərbi xidmətə göndərilən və həlak olan gənclərin anaları münaqişəyə son qoyulmasını tələb edirlər. O da əbəs deyil ki, cənab Prezident İlham Əliyev bu məsələyə də münasibətini bildirib. Ölkə başçımız vurğulayıb ki, əgər erməni əsgəri Qarabağda ölmək istəmirsə, Ermənistan rəhbərliyi işğalçı siyasətinə son qoymalı, torpaqlarımızı tərk etməlidir.

- Yeri gəlmişkən, cənab Prezident İlham Əliyev işğal altında qalan torpaqlarımızın hər an azad ediləcəyi ilə bağlı da bəyanatlar səsləndirib və vurğulayıb ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü Ordusu var...

- Bəli, bu bir reallıqdır və dünya birliyi tərəfindən də qəbul edilən gerçəklidir ki, güclü Orduya və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Ona görə də hesab edirəm ki, əgər Azərbaycan danışıqlar masasında oturursa, hərbi güc, hərbi qüdrət faktoru da nəzərə alınır.

Əslində, ortada olan faktlar da bu reallığı əks etdirməkdədir. Misal üçün, bu gün Ermənistanın hərbi-siyasi dairələrindən tutmuş ən sadə vətəndaşına qədər hər kəs bilir və dərk edir ki, Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə 2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi davam edə və zəfər bayrağımız işğal edilmiş bütün ərazilərimizdə dalğalana bilər. Ona görə də, müxtəlif uğursuz və ucuz təfəkkürlü bəyanatları ilə necə deyərlər, sudan quru çıxacaqlarını sanırlar. Amma göründüyü kimi, kökündən yanılırlar. Azərbaycanın qüdrətli Silahlı Qüvvələri nəinki regionun, eləcə də beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qorunmasında əsaslı mövqeyə malikdir. Artıq illərdir ki, Azərbaycan zabiti və əsgəri istər NATO təlimləri çərçivəsində, istərsə də ayrı-ayrı ölkələrlə keçirilən iri miqyaslı hərbi təlimlərdə, habelə beynəlxalq terrorla mübarizə məsələlərində öncül yerlərə sahib olmaqdadır.

O cümlədən, Azərbaycan xalqı da öz Ali Baş Komandanının verəcəyi əmri gözləyir və hər an işğal altında qalmış ərazilərinin azad olunması üçün səfərbər olmağa hazır olduğunu sərgiləyir. Bu dövlətimizin, xalqımızın danılmaz haqq səsidir və ona görə də, işğalçılar unutmamalıdırlar ki, Azərbaycanın yalnız güclü diplomatiyası deyil, hərbi ritorika faktoru da mövcuddur. Yəni Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəfəng, publikaya hesablanmış ucuz fikirlərindən fərqli olaraq, Azərbaycanın dövlət rəhbərliyi tərəfindən səslənən bəyanatlar əməli işlərlə isbata yetirilir.

- Cənab general-polkovnik, artıq aylardır ki, dünyada koronavirus pandemiyası ayaq açıb yeriyir, müxtəlif ölkələrdə, eləcə də Ermənistanda bu vəziyyətin qarşısının alınması istiqamətində acizlik nümayiş olunur. Hətta ordu sıralarında yoluxma hallarının qarşısı alınmırsa, onda Ermənistan rəhbərliyi nəyə arxayındır?

- Çox doğrudur ki, artıq illərdir regional və beynəlxalq layihələrdən təcrid olunmuş Ermənistan dövləti paralel olaraq koronavirus pandemiyasından da ağır zərbələr alır, ölkə daha ağır vəziyyətə doğru sürüklənir. Deyərdim ki, dünyanın COVID-19-la mübarizə apardığı bir dönəmdə, hətta aparıcı dövlətlərin belə, müxtəlif böhranlarla üzləşdiyi bir vaxtda heç bir hərbi, sosial və iqtisadi dayağı olmayan işğalçı Ermənistanın məlum davranışı və hər hansı “möcüzəyə” ümid etməsi qeyri-ciddilik təsiri bağışlayır.

Ermənistan rəhbərliyi boğazdan yuxarı bəyanatlar səsləndirməkdənsə, yaxşı olardı ki, hərbi hissələrində koronavirusa yoluxma hallarının qarşısını almaq istiqamətində tədbirlərini görsünlər. Çünki erməni mətbuatından da izlədiyimiz kimi, artıq işğalçı ölkənin ordu sıralarında kifayət qədər infeksiyaya yoluxma halları mövcuddur. Yəni bu, təkzibolunmaz bir faktdır.

Bilirsiniz, artıq COVID-19 reallığından sonra dünyanın həm siyasi, həm də iqtisadi düzəni və imkanları dəyişilir və işğalçı ölkə bunu anlamağa məhkumdur. Onlar əgər dövlətlərinin yaşamasını, ayaqda qalmasını istəyirlərsə belə lüzumsuz iddialarından əl çəkməli, münaqişənin həlli istiqamətində tələb olunan qaydalara riayət etməlidirlər. Əgər bir ölkənin ordusunda virus tüğyan edirsə, bu ordunun hansı üstünlüyündən danışmağa dəyər? Ona görə də hesab edirəm ki, ümumiyyətlə, Ermənistanın başqa çıxış yolu da qalmayıb – onlar ya müvafiq həll variantına boyun əyməli, ya da prosesdən kənara çəkilərək, ağır nəticələrə gətirib-çıxaracaq müqəddəratları barədə düşünməlidirlər.

- Məhərrəm müəllim, demək belə nəticəyə gəlmək olar ki, əslində işğalçı ölkənin hərbi-siyasi dairələrinin məlum bəyanat və inadkarlıqları onlara heç də yaxşı müqəddərat vəd etmir?

- Təbii ki, bu belədir. Hesab edirəm ki, Ermənistanın hərbi-siyasi və diplomatik dairələri qeyd edilən faktları bir daha nəzərdən keçirməli, təhlillərini aparıb, sağlam düşüncə ortaya qoymalıdırlar. Əks halda, Azərbaycanın şanlı Ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında düşməni qısa müddətdə məğlub edib, üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıracaq. Bu gerçəkliyə isə kimsənin şübhəsi olmamalıdır.

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
ANBAAN VİDEO
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
Xankəndi yolundakı aksiya 52 gündür davam edir
Xankəndi yolundakı aksiya 52 gündür davam edir
İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub
İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub
"İsfahana zərbələr İsrailin Netanyahunun yeni hökuməti dövründə İran daxilində ilk əməliyyatıdır" 
Wall Street Journal:
"İsfahana zərbələr İsrailin Netanyahunun yeni hökuməti dövründə İran daxilində ilk əməliyyatıdır" 
ABŞ və İsrail hərbi təlimə başlayıb
İran şəhərləri hava hücumuna məruz qalıb - VİDEO
İran şəhərləri hava hücumuna məruz qalıb - VİDEO
Netanyahu: Terror hücumlarına cavab sürətli, güclü və dəqiq olacaq
Netanyahu: Terror hücumlarına cavab sürətli, güclü və dəqiq olacaq
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident: “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
MÜSAHİBƏ

Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir”

Bəzən işinə görə ürəyi əlinə alır

Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalacaq - Professor

Hikmət Hacıyev: "ABŞ və Fransa Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil"

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft