MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | AZ
DAIM | AZ
DAIM | AZ
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Gələn ildən siqaret və spirtli içkilər bahalaşacaq

Baş səhifəIqtisadiyyatGələn ildən siqaret və spirtli içkilər bahalaşacaq
Gələn ildən siqaret və spirtli içkilər bahalaşacaq

1 yanvar 2022-ci il tarixindən etibarən Azərbaycanda istehsal olunan içməli spirtin, arağın, tündləşdirilmiş içkilərin və içki materiallarının, likyorun və likyor məmulatlarının, konyak və materiallarının hər litrinə aksiz dərəcəsi 3,2 manatdan 4 manata, tütündən hazırlanan siqaretlər və əvəzedicilərinin 1000 ədədinə 35 manatdan 38,5 manata, qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının 1000 ədədinə 12,9 manatdan 14 manata qaldırılır.

30 dekabr, 2021, cümə axşamı 18:55
  • yazdıryorum yazfont küçültfont büyüt


Həmçinin, növbəti ildən qəlyan üçün tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilib.

Aksizli malların siyahısına əlavə edilmiş qəlyan üçün tütün əvəzləyicilərinin hər kiloqramına 30 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Dəyişikliklər aksiz dərəcələri artırılan və aksizli mallar siyahısına əlavə edilən məhsulların qiymətinə necə təsir edəcək?

Bundan əvvəl aksiz dərəcələri artırılmış müvafiq məhsulların qiymətlərində müəyyən qədər dəyişikliklər hiss olundu. Növbəti ildən etibarən adı çəkilən məhsulların da qiymətlərində artımın müşahidə olunması gözlənilir.

“Bundan əvvəl də aksiz dərəcələrində müəyyən dəyişikliklər edildikdə nəticəni qiymətlərdə müşahidə etdik. Son dəyişikliyə əsasən, bir qutu siqaret üzrə aksiz dərəcəsi 7 qəpik təşkil artırılacaq. Bununla da satışda hər siqaret qutusu üzrə 10-20 qəpik civarında artım gözləyə bilərik”, - bu barədə iqtisadi araşdırmaçı Seymur İbadov məlumat verib.

Onun sözlərinə görə, eynilə qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarına da aksiz dərəcəsinin təyin edilməsi qiymətlərdə müvafiq dəyişikliyə səbəb olacaq.

İqtisadçı əlavə edib ki, spirtli içkilərin, arağın, tündləşdirilmiş içkilərin və içki materiallarının, likyorun və likyor məmulatlarının, eləcə də konyak və konyak materiallarının qiymətində faiz nisbətində markadan asılı olaraq qiymətlərdə dəyişikliyi hiss edə bilərik:

“Dəyişikliyə əsasən, bu məhsullar üzrə aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır. Yəni, tündləşdirilmiş içkilər, konyak və s. üçün aksiz vergisində artım hər litrə 80 qəpik olacaq. Bu isə aksiz dərəcəsində 25 faizə qədər artım deməkdir. Nəticədə markadan asılı olaraq biz 5-10 faiz arasında qiymət dəyişikliklərini gözləyə bilərik”.

O qeyd edir ki, ümumilikdə aksiz dərəcəsi artırılan məhsulların tərkibində insan səhhəti üçün ziyanlı maddələr mövcuddur və müxtəlif post sovet ölkələrində, inkişaf etmiş ölkələrdə bu məhsullar üçün tətbiq edilən aksiz vergiləri qat-qat yuxarıdır:

“Bu cür artımlar həm dövlət büdcəsində müsbət yığımlara səbəb olur, həm də insanların sağlamlığı üçün onların pis vərdişlərdən çəkinmələrinə təşviq edir”.

Qeyd edək ki, müvafiq layihələr Milli Məclisdə müzakirə çıxarılaraq qəbul edilib

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

SPECA-nın Zirvə görüşündə Bakı Bəyannaməsi və Orta Dəhlizlə bağlı Yol Xəritəsi qəbul edilib
SPECA-nın Zirvə görüşündə Bakı Bəyannaməsi və Orta Dəhlizlə bağlı Yol Xəritəsi qəbul edilib
Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub
Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub
Təhlükəsizlik Şurasının fəaliyyəti təkmilləşdirilir
Fərman
Təhlükəsizlik Şurasının fəaliyyəti təkmilləşdirilir
Ərdoğanın Almaniyaya səfərinin məqsədi bəllidir
Türkiyə yeni hücuma hazırlaşır
Ərdoğanın Almaniyaya səfərinin məqsədi bəllidir
Ruslar Kiyevə ballistik raket atıb
Ruslar Kiyevə ballistik raket atıb
Ermənistanın kapitulyasiya aktını imzalamasından üç il ötür
Ermənistanın kapitulyasiya aktını imzalamasından üç il ötür
Azərbaycan lideri Xankəndidə keçirilən paradda çıxış edib - YENİLƏNİB - TAM MƏTN
Azərbaycan lideri Xankəndidə keçirilən paradda çıxış edib - YENİLƏNİB - TAM MƏTN
Xankəndidəki Zəfər paradından görüntülər
VİDEO
Xankəndidəki Zəfər paradından görüntülər
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı olub
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı olub
İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər və Şuşaya gediblər
Fotolar
İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər və Şuşaya gediblər
Qazaxıstan Çin şirkətlərinə Transxəzər marşrutundan daha aktiv istifadə təklif edib
Qazaxıstan Çin şirkətlərinə Transxəzər marşrutundan daha aktiv istifadə təklif edib
Qorxunc hesabat: 311.480 insan ölə, 868.860 nəfər yaralana bilər
Qorxunc hesabat: 311.480 insan ölə, 868.860 nəfər yaralana bilər
"Beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun Ermənistana çağırışların şahidi olmadıq"
Nazir:
"Beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun Ermənistana çağırışların şahidi olmadıq"
Rusiyanın iqtisadi rıçaqları: İrəvanın Moskvadan qopmaq niyyəti fəlakətlə nəticələnə bilər
ŞƏRH
Rusiyanın iqtisadi rıçaqları: İrəvanın Moskvadan qopmaq niyyəti fəlakətlə nəticələnə bilər
Fələstin-İsrail münaqişəsində 46 jurnalist həlak olub
Fələstin-İsrail münaqişəsində 46 jurnalist həlak olub

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
İQTİSADİYYAT

Azərbaycan süni intellekt sahəsində ixtisaslaşan startap və şirkətləri ölkəyə cəlb etmək istəyir

Bakıda Dayanıqlı İnkişafa dair II Forum keçiriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin beynəlxalq avtomobil daşımaları ilə bağlı səlahiyyətləri artırılıb

Azərbaycanda tikinti obyektlərinin elektrik enerjisi şəbəkəsinə qoşulması qaydası "ASAN"laşıb

DAIM | AZ
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft