MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | AZ
DAIM | AZ
DAIM | AZ
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Fuad Muradov Rusiyada çalışan azərbaycanlı həkimlərlə görüşüb

Baş səhifəDiasporaFuad Muradov Rusiyada çalışan azərbaycanlı həkimlərlə görüşüb
Fuad Muradov Rusiyada çalışan azərbaycanlı həkimlərlə görüşüb
23 iyun, 2023, cümə 13:44
  • yazdıryorum yazfont küçültfont büyüt

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiyada fəaliyyət göstərən və hazırda Bakıda olan bir qrup azərbaycanlı həkimlə görüşüb.

Tədbir iştirakçılarını salamlayan Komitə sədri dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində böyük müvəffəqiyyətlə fəaliyyət göstərən, öz elmi nailiyyətləri ilə dünya elminə töhfə verən həkimlərimizi Azərbaycanda görməkdən məmnun olduğunu söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında xaricdə yaşayan azərbaycanlı alimlərin qüvvələrinin birləşdirilməsi ilə bağlı tövsiyəsini xatırladan Komitə sədri  bu istiqamətdə həyata keçirilən layihələrə diqqəti cəlb edib. Ötən ilin mart ayında Köln şəhərində “Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumu”nun və ötən ilin dekabrında İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşünün keçirildiyini xatırladıb. 

Başlıca məqsədin nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamlarını bir araya gətirmək olduğunu vurğulayan Komitə sədri qeyd edib ki, məhz belə yanaşma alimlər, o cümlədən həkimlər arasında elmi-praktik mübadilənin aparılmasını, dünyadakı türk və azərbaycanlı həkimlərin ortaq çalışmalarını təmin edə, ən əsası isə nüfuzlu alimlərimizin potensialının Azərbaycanın xeyrinə istifadə olunmasına gətirib çıxara bilər. Ona görə də xarici ölkələrdə çalışan  azərbaycanlı həkimlərin Azərbaycanla sistemli əlaqələrinin qurulması, bilik və təcrübələrindən istifadə böyük əhəmiyyət daşıyır.

Komitə sədri dünyanın bir çox ölkələrində fəaliyyət göstərən həkimlərimizin Azərbaycan dövlətinin, xalqının taleyüklü məsələlərinə biganə qalmadığını, Vətənin çətin günlərində öz əməklərini əsirgəmədiklərini qürurverici hal adlandırıb. Buna nümunə olaraq 44 günlük Vətən müharibəsində qalib ordumuza xidmət göstərmək üçün minlərlə həkim soydaşımızın Vətənə gəldiyini və gəlməyə can atdığı faktını göstərib. Müharibədən sonra da həkim soydaşlarımızın xeyli sayda qazimizə müvafiq dəstək göstərdiyini söyləyib. Belə həkimlərdən birinin diaspor quruculuğunda fəal iştirak edən Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina olduğuna diqqəti cəlb edib. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında müharibədən sonra Məsud Aşuna “YAŞAT” Fondunun Himayəçilik Şurasında təmsil olunur. Bundan başqa, tanınmış soydaşımız “Salam Doktor” platforması üzərindən Bostonda yaşayan qardaşı Sait Aşina ilə birlikdə işğaldan azad edilmiş “Ağalı” kəndində əhaliyə xidmət göstərən azərbaycanlı həkimlərlərdən biridir.

Tədbirdə çıxış edən qonaqlar görüşə görə minnətdarlıqlarını bildirib, komitənin xaricdəki alimlərlə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, müxtəlif ölkələrdə çalışan azərbaycanlı həkimlərin komitə ilə əlaqələrinin yüksək səviyyədə olmasında maraqlı olduqlarını vurğulayıblar.

Münhendəki Helmholtz Mərkəzinin (Hesablama Biologiyası İnstitutu) professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi Məsud Əfəndiyev görüşün əhəmiyyətindən danışaraq, Dünya Azərbaycanlı Alimlərin Forumunda xarici ölkələrdə çalışan azərbaycanlı həkimlərin də iştirak edəcəyini söyləyib.

Görüş fikir mübadiləsinin aparılması, təkliflərin səsləndirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub. 

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb
Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb
"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"
Prezident:
"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"
İlham Əliyev Şarl Mişel və Nikol Paşinyanla görüşüb
Fotolar (Yenilənib)
İlham Əliyev Şarl Mişel və Nikol Paşinyanla görüşüb
Priqojin Putinə cavab verib və təslim olmaqdan imtina edib
Priqojin Putinə cavab verib və təslim olmaqdan imtina edib
Azərbaycanı dəstəkləyən iki liderin görüşü İranı narahat edir
Azərbaycanı dəstəkləyən iki liderin görüşü İranı narahat edir
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
VİDEO
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
FOTO
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Duyğu dolu anla
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
‼️DİQQƏT‼️
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
FOTO
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Xilasedicilərimiz riskli ərazilərdə
VİDEO
Xilasedicilərimiz riskli ərazilərdə

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
DİASPORA

Novruz bayramı Avropa Şurasında qeyd olunub

Azərbaycan icması ABŞ Konqresindən Nensi Pelosi ilə bağlı tədbir görülməsini tələb edib

Ukraynada həlak olan azərbaycanlının nəşi Bakıya göndərilib

QASİM-in sədri Türkiyədə bir sıra QHT və beyin mərkəzi rəhbərləri ilə görüşlər keçirib

DAIM | AZ
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft