MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Dünyanı bu bəladan tezliklə vaksin də xilas etməyəcək?

Baş səhifəDünyaDünyanı bu bəladan tezliklə vaksin də xilas etməyəcək?
Dünyanı bu bəladan tezliklə vaksin də xilas etməyəcək?
08 fevral, 2021, bazar ertəsi 15:20
  • yazdıryorum yazfont küçültfont büyüt

Almaniyada yanvarın sonunda  Pfizer/BioNTech vaksininin hər iki dozasının vurulduğu 14 nəfər qocalar evi sakini koronavirusun Britaniya variantına yoluxub ABŞ Prezidenti Co Bayden isə deyib ki, ölkədə sentyabradək kütləvi immunitet əldə etmək “çox çətin olacaq”. Bununla da COVID-19 vaksinlərinin pandemiyanı tezliklə nəzarətə alacağına ümidlər azalıb.

“Bu yayın sonuna kütləvi immunitetə nail olacağımız ideyası çox çətin görünür”, – Cozef Bayden ötən fevralın 7-də “CBS News”a deyib.

Kütləvi immunitet o deməkdir ki, əhalinin böyük hissəsində ya yoluxma, ya da peyvənd yoluyla xəstəliyə qarşı müqavimət yaranır. Bu da əhalinin hətta immunitet formalaşmamış hissəsində virusun yayılmasını azaldır. Alimlər deyirlər ki, kütləvi immunitetdən ötrü əhalinin azı 75 faizində qoruma yaranmalıdır. Ancaq məsələn, qızılca kimi yüksək yoluxucu xəstəliklərdə bu göstərici 95 faizə çatır.

 

ABŞ-da yeni administrasiya ilk 100 günündə azı 100 milyon doza peyvənd vurmaq öhdəliyi götürüb. Bu isə 330 milyonluq əhalinin 50 milyon nəfərinə peyvənd vurulması deməkdir. Fevralın 7-dək 41.2 milyon doza vaksin vurulub, 9.1 milyon nəfərə isə Pfizer/BioNTech və Moderna vaksinlərinin hər iki dozası vurulub.

Avropa Birliyi, Kanada və Yaponiya isə yetərincə vaksin dozası əldə etməyə çalışırlar. Çin və Rusiya özlərinin hazırladıqları vaksinlərdən istifadə edirlər. Bir çox ölkələr çoxsaylı vaksin istehsalçısından təchizat əldə edirlər. Lakin bu arada virusun yeni variantları yayılmaqdadır. Yüksək yoluxucu sayılan Britaniya variantı Birləşmiş Ştatlarda və Avropanın bəzi hissələrində yayılır.

Almaniyada yanvarın sonunda Pfizer/BioNTech vaksininin hər iki dozasının vurulduğu 14 nəfər qocalar evi sakini Britaniya variantına yoluxub. Amma onlar xəstəliyi ya asimptomatik, ya da yüngül simptomlarla keçirib, bu da vaksinin azından müsbət təsiri olduğunu göstərir. Pfizer ötən ay bildirib ki, vaksini Britaniya və Cənubi Afrikada yayılmış variantlara qarşı da təsirlidir.

Fevralın 7-dən İsrail üçüncü karantini yüngülləşdirməyə başlayıb. Ötən həftə aparılmış araşdırma Pfizer/BioNTech vaksininin, Britaniya variant da daxil olmaqla, virusa real təsir göstərdiyini üzə çıxarıb.

İsrail vaksinasiyada lider ölkədir, 9 milyonluq əhalinin üçdə birə qədərinə Pfizer vaksininin birinci dozası, azı 2 milyon nəfərə isə ikinci doza da vurulub.

Cənubi Afrika fevralın 7-də ön xətdə çalışan tibb işçilərinə AstraZeneca peyvəndi vurmağı dayandırıb. Kiçik klinik araşdırma ölkədə dominantlıq edən virusa qarşı peyvəndin effektiv olmadığını göstərib. Söhbət virusun yaratdığı yumşaq və orta xəstəlikdən gedir.

Novavax vaksini də Cənubi Afrika variantına qarşı az effekt göstərib. Bu variant daha yoluxucudur, artıq COVID-19-u keçirmiş şəxsləri təkrar yoluxdura bilir. Braziliya variantı isə Manaus şəhərində yoluxmaları kəskin artırıb. Bu, xəstəliyi artıq keçirmiş şəxslərin də yenidən yoluxa biləcəyi sarıdan narahatlıq yaradıb. Koronavirusun Braziliya variantı Avropa, Birləşmiş Ştatlar, Kanada və digər yerlərdə də aşkarlanıb.

Qeyd edək ki, Azərbaycanda da bu gündən etibarən yaşı 65-dən yuxarı olan şəxslərə vaksin vurulması kampaniyası başlayıb. Azərbaycan koronavirusa qarşı Çinin “Cinovac” vaksinindən istifadə edir, vaksin vurulma kampaniyasının başlaması yoluxma dalğasının səngiməsi ilə bir vaxta təsadüf edib və Operativ Qərargah sərt karantin tədbirlərini mərhələlərlə yumşaldır. Lakin belə görünür ki, tam normallaşma perspektivləri hələlik dumanlıdır və kütləvi immunitetin nə zaman yarana biləcəyinə dair aydın proqnozlar mövcud deyil.

Virtualaz.org

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
VİDEO
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
FOTO
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Duyğu dolu anla
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
‼️DİQQƏT‼️
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
FOTO
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Xilasedicilərimiz riskli ərazilərdə
VİDEO
Xilasedicilərimiz riskli ərazilərdə
Azərbaycandan Türkiyəyə göndərilən mobil səhra hospitalı Kahramanmaraşa çatdı
Azərbaycandan Türkiyəyə göndərilən mobil səhra hospitalı Kahramanmaraşa çatdı
Azərbaycan vətəndaşlarının Türkiyəyə yardım fədakarlığı “Haber Global”ın süjetində
VİDEO
Azərbaycan vətəndaşlarının Türkiyəyə yardım fədakarlığı “Haber Global”ın süjetində
Zəlzələnin baş verdiyi Qaziantepdən görüntülər
VİDEO
Zəlzələnin baş verdiyi Qaziantepdən görüntülər
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
ANBAAN VİDEO
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
DÜNYA

KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”

Netanyahu: Terror hücumlarına cavab sürətli, güclü və dəqiq olacaq

Türkiyədə güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb

Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft