MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | AZ
DAIM | AZ
DAIM | AZ
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

COVID-19 virusunun müalicəsində ümidləri doğrulda biləcək dərman - ELMİ TƏHLİL

Baş səhifəAnalitikaCOVID-19 virusunun müalicəsində ümidləri doğrulda biləcək dərman - ELMİ TƏHLİL
COVID-19 virusunun müalicəsində ümidləri doğrulda biləcək dərman - ELMİ TƏHLİL
07 aprel, 2020, çərşənbə axşamı 10:05
  • yazdıryorum yazfont küçültfont büyüt

Almaniyada çalışan azərbaycanlı elmi işçi qrup COVID-19 virusunun müalicəsi ilə bağlı son elmi yenilikləri özündə əks etdirən təhlil yazısı hazırlayıb.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev, Wiesbaden klinikasının həkim radioloqu Orxan Səfərov və Siegburg klinikasının Ağciyər xəstəlikləri və süni tənəffüs şöbəsinin həkim mütəxəssisi Elvin Hüseynovun hazırladığı yazını təqdim edir:

Hər kəsə məlumdur ki, COVID-19 virusu yeni bir virus növüdür və bu virusa yoluxmamaq üçün təəssüf ki, hələ xüsusi bir peyvənd yoxdur. Eyni zamanda, bu günə qədər bu virusa yoluxmuş insanlarda virusa qarşı tam elmi əsaslı spesifik müalicənin olmaması ümumi vəziyyəti çətinləşdirir. Peyvəndin tapılması və tətbiqi prosesinin uzun olmasını bilən elm adamları bundan daha tez başa gələ biləcək virusa qarşı dərman preparatının kəşfi və ya tapılması məsələsinə də ciddi yer ayırırlar. Belə ki, bu istiqamətdə dünyanın dörd bir tərəfindən fərqli elmi kliniki tədqiqatlar artıq başlamışdır və bunlar insanlar üzərində müxtəlif sınaq mərhələlərindədir. 

Bunlardan ən böyük elmi kliniki araşdırma sıralarına SOLIDARITY fərqli qitələrdən olan xəstələrlə, DISCOVERY Avropadan və Böyük Britaniyadan olan 3 200 xəstə ilə, Oksford Universitetinin RECOVERY və Amerikanın Adaptive COVID-19 Treatment Trial (ACTT) kliniki tədqiqatı aiddir. Bu tədqiqatlara fərqli dərman preparatları fərqli kombinasiyalarla daxildir ki, bu preparatlar da əsasən Remdesivir, Chloroquin, Nitazoxanid, Beta-Interferon, Ribavirin və Ritonavir/Lopinavirdən ibarətdir.

 

Nuran Abdullayev, Orxan Səfərov və Elvin Hüseynov

 

Bu dərman preparatlarından bu günə qədər preklinik mərhələdə özünü hələ ki, tam doğruldan Remdesivir preparatıdır. Belə ki, bunun laboratoriyada SARS və MERS Koronavirusuna qarşı siçanlar üzərində nəinki profilaktik təsiri, hətta virusun öldürülməsinə də müsbət təsiri öyrənilmişdir. Bundan başqa, meymunlar üzərində aparılan tədqiqata görə Remdesivir MERS-Koronavirusunun virus yükünü də azaldır və daha effektli profilaktik təsir göstərir. Dərman preparatının yan təsirləri - qaraciyər və böyrəyin funksiyasında dəyişikliklər - də bu tədqiqatlar nəticəsində artıq öyrənilmişdir. Belə ki, meymunlar üzərində aparılan tədqiqatda meymunların böyrək funksiyasında geriləmə müşahidə edilmişdir.

Bu dərman preparatı Ebola virusuna qarşı PALM tədqiqatı zamanı da tətbiq edilmişdir və nəticə o qədər də pozitiv olmadığına görə (xəstələrin yarısı sağalmışdır) və eləcə də bəzi yan təsirlərinə görə tam istifadəsinə icazə verilməmişdir. Bundan fərqli olaraq COVID-19-a qarşı tətbiqində artıq bəzi insanlar üzərində çox böyük pozitiv müalicəvi effektlərinə rast gəlinib və ona görə də bir çox alimlər hazırkı dövr üçün çox şey vəd edəcək bir dərman kimi qiymətləndirirlər.

Bununla yanaşı, artıq rəsmi olaraq European Medicines Agency (Avropa Dərman Agentliyi) tərəfindən Remdesivir süni tənəffüs cihazlarına qoşulan xəstələr üçün qaraciyər və böyrək göstəriciləri nəzərə alınmaqla ciddi məsləhət görülür. Buna görə də artıq dərman istehsalçısı da rəsmi olaraq bildirib ki, 1,5 milyon tək dozalı dərman preparatları istifadəyə hazırdır .

Bu istiqamətdə aparılan kliniki tədqiqatlarda xəstələri ağırlıq dərəcələrinə görə qruplara bölüblər və bu ağırlıq dərəcəsindən asılı olaraq dərman preparatının təsiri may ayının sonuna qədər rəsmi bəlli olmalıdır.

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb
Prezidentin köməkçisi “New York Times”a açıq məktub ünvanlayıb
"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"
Prezident:
"Otuz il erməni işğalına bəraət qazandıranlar, indi gəlib bizə qarşı iddia qaldırırlar"
İlham Əliyev Şarl Mişel və Nikol Paşinyanla görüşüb
Fotolar (Yenilənib)
İlham Əliyev Şarl Mişel və Nikol Paşinyanla görüşüb
Priqojin Putinə cavab verib və təslim olmaqdan imtina edib
Priqojin Putinə cavab verib və təslim olmaqdan imtina edib
Azərbaycanı dəstəkləyən iki liderin görüşü İranı narahat edir
Azərbaycanı dəstəkləyən iki liderin görüşü İranı narahat edir
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Novruz bayramı Avropa Şurasında qeyd olunub
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
VİDEO
Kahramanmaraşda dağıntılar altından cəsədlər çıxarılır
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
FOTO
Kahramanmaraşda 13 yaşlı qız 55 saat sonra dağıntılar altından əlində tutuquşu ilə sağ çıxarıldı
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Duyğu dolu anla
Ekskavator sürücüsü atasını dağıntılar altından göz yaşları içində çıxardı
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
‼️DİQQƏT‼️
Hava şəraitinə görə Türkiyədə zəlzələdən zərərçəkənlərə yardımın ünvanı dəyişdirili
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
FOTO
Meksika məşhur axtarış-xilasetmə itlərini Türkiyəyə göndərir
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Hatayda beş yaşlı qız 51 saat sonra dağıntılar altından sağ çıxarıldı
Xilasedicilərimiz riskli ərazilərdə
VİDEO
Xilasedicilərimiz riskli ərazilərdə

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
ANALİTİKA

Qarabağda anti-terror əməliyyatı keçirilə bilər - Hərbi analitik

İki səfirin Şuşa imtinası - ABŞ və Fransa nəyə nail olmağa çalışır?

Tehran özünü Trampdan sığortalamağa çalışır - Foto

Ermənistan İrana niyə yaxınlaşır? - Təhlil

DAIM | AZ
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft