MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

BTC ilə 500 milyon ton neft ixrac edilib

Baş səhifəIqtisadiyyatBTC ilə 500 milyon ton neft ixrac edilib
BTC ilə 500 milyon ton neft ixrac edilib
13 dekabr, 2021, bazar ertəsi 12:39
  • yazdıryorum yazfont küçültfont büyüt

BP-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ümumilikdə 500 milyon ton neft nəql edib.

“BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, BTC vasitəsilə nəql edilmiş Xəzər neftinin 500 milyonuncu tonu 12 dekabr tarixində SOCAR-ın nefti yüklənmiş “Nordorse” adlı və sayca 4 922-ci olan tankerə yüklənərək Triestə (İtaliya) yola salınıb.

500 milyon ton neft ixracı 2006-cı ildə istismara verilmiş BTC boru kəmərinin 15-ci ildönümünə təsadüf edən mühüm bir hadisədir. Bu 15 il ərzində BTC boru kəməri Xəzər neftini təhlükəsiz, etibarlı, sakit və ekoloji cəhətdən minimum risklə dünya bazarlarına nəql edib.

İstismara veriləndən bəri BTC boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib və texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilərə nail olub. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 %-dən artaraq hazırkı 99,9 % səviyyəsinə çatıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “500 milyon ton neft ixracı BTC boru kəmərinin 15-illik sabit və səmərəli fəaliyyətinin nəticəsidir. Uzun müddət keçməsinə baxmayaraq BTC qapalı Xəzər hövzəsi ilə dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında birbaşa strateji əlaqə yaratmaqla regionun əsas enerji ixrac arteriyası olmaqda davam edir.

BTC-nin inşası özlüyündə nəhəng mühəndislik nailiyyətidir və öz sabit, təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatları ilə bu boru kəməri istismar səmərəliliyinin və dünya səviyyəli fəaliyyətin də gözəl nümunəsidir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə, o cümlədən üç ölkə boyunca insanların və icmaların həyatına gətirdiyi böyük müsbət dəyişikliklərlə qürur duymalıyıq. BTC həqiqətən də hər mənada möhtəşəm bir ixrac sistemidir və onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Bu dünya səviyyəli kəmərin üç ölkə boyunca gecə-gündüz təhlükəsiz və sakit fəaliyyət göstərməsi üçün çalışan bütün insanlara çox təşəkkür edirəm. Mən həmçinin göstərdikləri dəstəyə və uğurlu əməkdaşlığa görə BTC-nin səhmdarlarına da öz minnətdarlığımı bildirirəm”.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Mənbə: Report

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
ANBAAN VİDEO
İranlı narkobaronların ölkəmizdəki havadarlarına qarşı əməliyyatlar
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
KİV: “ABŞ Krıma zərbə endirməsi üçün Ukraynaya daha uzun mənzilli raketlər göndərəcək”
Xankəndi yolundakı aksiya 52 gündür davam edir
Xankəndi yolundakı aksiya 52 gündür davam edir
İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub
İran AQEM-də Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub
"İsfahana zərbələr İsrailin Netanyahunun yeni hökuməti dövründə İran daxilində ilk əməliyyatıdır" 
Wall Street Journal:
"İsfahana zərbələr İsrailin Netanyahunun yeni hökuməti dövründə İran daxilində ilk əməliyyatıdır" 
ABŞ və İsrail hərbi təlimə başlayıb
İran şəhərləri hava hücumuna məruz qalıb - VİDEO
İran şəhərləri hava hücumuna məruz qalıb - VİDEO
Netanyahu: Terror hücumlarına cavab sürətli, güclü və dəqiq olacaq
Netanyahu: Terror hücumlarına cavab sürətli, güclü və dəqiq olacaq
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident: “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
İQTİSADİYYAT

Baş nazir ƏDV-dən azad olunan avadanlıq və texnikalarla bağlı yeni qərar verib

Avropa Rusiya qazından xilas yolu axtarır

Rusiyanın neft və qazını baha alanlar cəzalandırılacaq

Azərbaycan neftinin qiyməti 99 dolları keçib

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft