MENÜ
  • Güney Azərbaycan
  • MARAQLI FAKTLAR
  • ŞOU-BİZNES
  • HAVA HAQQINDA
  • ANALİTİKA
  • MÜSAHİBƏ
  • AZƏRBAYCAN
  • YAZARLAR
  • FOTO
  • WEB TV
  • ARXİV
  • YOL TIXAC
  • Haqqımızda
  • KİV haqqında Qanun
  • ƏLAQƏ
  • Foto
  • Web TV
  • Yazarlar
DAIM | NEWS
DAIM | NEWS
DAIM | NEWS
  • GÜNDƏM
  • CƏBHƏ
  • İQTİSADİYYAT
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • DİASPORA
  • CƏMİYYƏT
  • İDMAN
  • QARABAĞ
Bağla

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq – FOTO

Baş səhifəMədəniyyətBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq – FOTO
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq – FOTO
26 iyun, 2020, cümə 14:54
  • yazdıryorum yazfont küçültfont büyüt

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı onlayn rəsm müsabiqəsi başa çatıb.
Göndərilən rəsmlər 12 kateqoriya üzrə: “İrsimiz”, “Dədə Qorqud”, “Adət-ənənələr”, “Dünyamızı qoruyaq”, “Musiqi”, “Novruz”, “Səmazənlər”, “Milli Mətbəx”, “Xalçalar”, “Türk dünyasının qadınları”, “Oyunlar”, “Türk Birliyi” onlayn səsvermə yolu ilə seçilib, həmçinin beynəlxalq münsiflər heyəti tərəfindən də dəyərləndirilib. 6-9, 10-13, 14-17 yaş kateqoriyalarına daxil olan uşaqların arasından 1-ci, 2-ci, 3-cü yerlərin sahibləri, “Sülh”, “Birlik, “Bilik”, “Dostluq” nominasiyaları və QRAN-PRİ mükafatı üzrə qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Qeyd edilməlidir ki, müsabiqəyə Fonda üzv və müşahidəçi ölkələrdən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, və Macarıstanla yanaşı Türkmənistan, Bolqarıstan və Ukraynadan 700-ə yaxın rəsm işləri daxil olub.  QRAN-PRİ mükafatına Məryəm Quluzadə (7 yaş, Azərbaycan)  və Elif Bilge Zengin (7 yaş, Türkiyə) layiq görülüblər.
Göndərilən bütün rəsmlər və təsvir mətnləri əsasında Fond tərəfindən illüstrasiyalı kitab nəşr olunacaqdır. Kitabda türk dünyasının adət-ənənələrinin, mədəniyyətinin və irsinin nə qədər zəngin olduğu daha da aydın görünəcəkdir.
Pandemiya (COVİD-19) ilə əlaqədar xüsusi karantin rejimi bitdikdən sonra müsabiqədə qalib gələn şəxslər Fond tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılacaqdır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Dünyamızı qoruyaq: Türk dünyasının adət – ənənələri” müsabiqəsinə balaca dostlarımızın göndərdiyi rəsmlərin əsasında xüsusi yaradılmış onlayn qalereyasını açıq elan edir.
Bu haqda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib.
“Bu layihənin ideyası dünyamızın gözlənilmədən ciddi və təhlükəli vəziyyətlə üzləşdiyi vaxtda, insan həyatına təhdid edilən bir zamanda yarandı.
Müsabiqənin məqsədi yaşadığımız çətin günlərdə mədəniyyət və incəsənətin, bilik əldə etməyin həyatımızda nə qədər mühüm amil olduğunu göstərməkdir.
Mən çox şadam ki, yaranmış vəziyyətə baxmayaraq, uşaqlarımız boş vaxtlarını düzgün təşkil edə bildilər və türk dünyası irsinin çoxyönlü olduğunu əks etdirən şəkilləri müsabiqəyə göndərdilər”, – deyə təşkilatın rəhbəri əlavə edib.
Onun sözlərinə görə, rəsmlər türk xalqlarının zəngin mənəvi dünyasını: ayinləri, mərasimləri, adət-ənənələri, oyunlarımızı, musiqimizi nümayiş etdirir. Şəkillərdə qədim türk dastanlarından parçalar, folklorumuzun ölməz qəhrəmanları da əks olunmuşdur.
“Eyni zamanda fərəhli cəhətdir ki, uşaqlar ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini anlayaraq, öz işlərində bunu ifadə etməyə çalışmışlar.
Bu layihə həmçinin uşaqlarımızın böyük yaradıcılıq potensialını göstərdi. Mən inanıram ki, müsabiqədə iştirak edən hər bir uşaq gələcəkdə bu potensialı tam şəkildə həyata keçirə biləcək və cəmiyyətdə öz layiqli yerini tutacaqdır.
Əziz uşaqlar, gəlin dünyamızı öz bacarığımızla, savadımızla və köklərimizə, tariximizə, mədəniyyətimizə, irsimizə sədaqətimizlə qoruyaq!
Qarşıda sizi böyük və maraqlı bir həyat gözləyir. Sizə can sağlığı və xoşbəxtlik diləyirəm!”, – deyə G.Əfəndiyeva vurğulayıb.
Müsabiqənin qalibləri https://itchf.org/gallery/ saytında xüsusi yaradılmış  qalereyada  yerləşdirilib.

  • 0
    SEVDİM
  • 0
    ALKIŞ
  • 0
    KOMİK
  • 0
    İNANILMAZ
  • 0
    ÜZGÜN
  • 0
    KIZGIN

Facebook Yorum

Şərh Yazın

Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Güney Azərbaycan Kültür Mərkəzinin bəyanatı
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
Prezident: “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Azərbaycan Prezidenti: “Paşinyanla Brüsseldəki görüş baş tutmayacaq”
Türkiyədə güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb
Türkiyədə güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür
Kəmaləddin Heydərov Gəncədə vətəndaşlarla görüşəcək
Kəmaləddin Heydərov Gəncədə vətəndaşlarla görüşəcək
İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət etdi
İlham Əliyev Bakıda keçirilən konfransın iştirakçılarına müraciət etdi
Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - Fotolar
Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim olundu - Fotolar
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
Prezident İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub
Fotolar (Yenilənib)
Prezident İlham Əliyevin Albaniyanın baş naziri ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti: "Ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını diqqətdə saxlamağın vaxtı gəlib çatıb"
Azərbaycan Prezidenti: "Ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunmasını diqqətdə saxlamağın vaxtı gəlib çatıb"

Başqa bir xəbər yoxdur!

Bizi izləyin
Facebook
Twitter
Instagram
Youtube
MƏDƏNİYYƏT

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür

Bakı Jazz Festivalının açılışı olub

Mehriban Əliyeva Müslüm Maqomayevlə bağlı paylaşım edib

Azərbaycanlı şair beynəlxalq mükafata layiq görüldü - FOTO

DAIM | NEWS
HaqqımızdaKİV haqqında QanunRSSSitemapSaytına əlavə etArxivƏlaqə
SOSYAL MEDİA
FACEBOOKTWITTERINSTAGRAMLINKEDINYOUTUBE

© 2021 DAİM.AZ - Bütün hüquqları qorunur. | Yazılım: Onemsoft